
"Sabah"ın və Azərbaycan millisinin cinah hücumçusu Xəyal Əliyev əməliyyat edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "bayquşlar"ın mətbuat xidməti yayıb.
Sözügedən futbolçunun arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat qaçılmaz olub.
Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.