
Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb
A milli D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda, oktyabrın 4-də Litva kollektivini isə Gəncə şəhər stadionunda qəbul edəcək.