
"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Fanat.Az xəbər verir ki, “Vestri” (İslandiya) ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.
A vərəqindəki “20-liy”ə aşağıdakı futbolçular daxil edilib:
Qapıçılar: 99. Mateuş Koxalski, 1. Şahrudin Məhəmmədəliyev;
Müdafiəçilər: 2. Mateus Silva, 5. Bruno Lanqa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin
Cəfərquliyev, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 7. Jali Muaddib, 8. Marko Yankoviç, 9. Joni Montiel, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 88. Samuel Lobato;
Hücumçular: 11. Zakaria Savo, 17. Kamilo Duran, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas.
B vərəqində isə 4 futbolçu yer alıb:
Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;
Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Qeyd edək ki, “Vestri” ilə ilk oyun iyulun 9-d Bakıda, cavab görüşü ayın 16-da İslandiyada keçiriləcək.