
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın səfər proqramı bəlli olub.
Fanat.Az-a "köhlənlər"in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təmsilçisi sabah 16:00-da çarter reysi ilə İslandiyaya yollanacaq.
Ağdam təmsilçisi "Reykyavik Natura" hotelində məskunlaşacaq.
Xatırladaq ki, tərəflərin cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Nihat