
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Hapoel"lə matçdan sonra fikirlərini bölüşüb..
Fanat.Az xəbər verir ki, mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. "Hapoel" yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.