
Yeni mövsümün hazırlığına avqustun əvvəlində başlayan 1-ci Liqa təmsilçisi "Şimal" dünən növbəti yoxlama oyununu keçirib. Şamaxıda çempionluğa əsas namizədlərdən sayılan "Şahdağ Qusar" ilə üz-üzə gələn Xaçmaz təmsilçisi 0:4 hesabı ilə məğlub olub.
"Şimal"ın çalışdırıcısı Tural Cəlilovun Fanat.Az-a verdiyi məlumata görə, komanda daha bir sınaq matçına çıxacaq.
Avqustun 29-da baş tutacaq görüşdəki rəqib AFFA Region Liqasını təmsil edən METAK olacaq.
Xatırladaq ki, "Şimal" ötən mövsüm 1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 9-cu pilləsində başa vurub. Pley-off matçında 2-ci Liqanın ikincisi "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə üstələyən xaçmazlılar iştirak etdiyi çempionatdakı yerini qoruyub.
Nihat