12:04 10.11.2017 1953

Mən sizi alqışlayıram, cənab Məmmədov

Amal Abuşov

AFFA-nın baş katibi Elxan Məmmədov dünən həmkarlarımıza maraqlı açıqlamalar verib. Həmişə olduğu kimi, özlərini tərifləyib, göyün yeddinci qatına qaldırıb. Olsun, cənab baş katib. Siz göyün yeddinci qatında var-gəl edin. Biz isə yerdə gəzək, sizin açıqlamalarınızı oxuyub, feyziyab olaq.

Baş katib AFFA-nın çox şəffaf qurum olduğunu deyib. Burda gülməmək, istehza etməmək mümkün deyil. Gərək bizdən inciməsin. Hər il AFFA-nın büdcəsi açıqlananda ordakı şişirdilmiş xərclərlə bağlı yazılar yazırıq, araşdırmalar aparırıq. Bu səbəbdən də Elxan bəyin şəffaflıqla bağlı dediklərinə inana bilmirik. AFFA-dakı kadr siyasəti, dost-tanış üçün açılan ştatlar, illərdi havayı maaş alan Bernard Lippert, Foqtsa və Prosineçkiyə gərəksiz yerə ödənilən milyonlarla avro pul, Berlindəki futbol məktəbi, əcnəbi idman direktorları, süni örtüklü stadionlar... Yazdıqca bitmir. Bütün bunlar sizin fəaliyyətinizə mənfi qiymət vermək, şəffaflığınıza inanmamaq üçün yetərli deyilmi? İcraiyyə Komitəsini formal quruma çevirib, təkbaşına qərarlar qəbul etməyiniz, özünüzün dediyiniz kimi, ictimai qurum olan AFFA-nı inhisarınızda saxlamağınız, Azərbaycan qanunlarını pozub, "milliləşdiridiyiniz” futbolçulara pasport peşkəş etməyiniz. Hansını deyim? Budurmu sizin şəffaflığınız?

Sözsüz ki, Elxan Məmmədovun şəffaflıqdan danışmaqda məqsədi özünü təmizə çıxarmaq, sabiq sözçüsü Mikayıl Nərimanoğlunun Gəncədə törətdiyi əməllərdən xəbərsiz olduğuna bizi inandırmaqdı. Amma inana bilmirik. İndiyə qədər də AFFA-nın auditləri bir neçə dəfə "Kəpəz”də yoxlama aparıblar, heç nə "tapmayıblar”. Bütün qara işlər klubun icraçı direktoru vəzifəsindən uzaqlaşdırılmasına qəzəblənən Cabir İbrahimovun Elxan Məmmədovu fakt qarşısında qoyandan sonra aşkara çıxarıldı. Sadəcə, buna məcbur idilər. İllərdi Mikayıl Nərimanoğlu Elxan Məmmədovla eyni binada oturub, bu hoqqaları çıxarıbsa və bütün bunlardan baş katibin xəbəri olmayıbsa... Deməli, Mikayıl bəy Məmmədovdan daha ağıllı, işini bilən və bacarıqlı kadrdı. Bir zəhmət, baş katib postunu Mikayıl Quluyevə təhvil verin, özünüz kənara çəkilin.

Cənab Məmmədov mətbuatın haqqı yazan, "Kəpəz”dəki fırıldaqlarla bağlı araşdırmalar aparan qisminin bostanına daş atmağı da unutmayıb. İddia edir ki, kimlərsə bilərəkdən bu məsələni gündəmdə saxlayır. Bəli, biz bu məsələni gündəmdən düşməyə qoymuruq, sizin planlarınızı pozuruq. Siz istəyirsiz ki, yeyintiləri unutdurasız, dar çərçivədə məsələni həll edib, ictimaiyyətdən dəhşətli faktları gizlədəsiz. Vicdanlı qələm sahibləri isə buna imkan vermir. Buyurun, audit yoxlamalarının rəsmi nəticələrini açıqlayın, "Kəpəz”dən və AFFA-dan oğurlanan pulların dəqiq miqdarı hesablansın, zərər ödənilsin. Əmin olun ki, yalnız bundan sonra məsələ gündəmdən düşəcək.

Oğurluq elə oğurluqdu. 5 manat, yaxud da 5 min manat. Ciddi, kritik maliyyə pozuntusu yoxdu deyəndə nəyi nəzərdə tutursuz? Fakt odu ki, mühasib olanları təsdiqləyir. Artıq proses AFFA-nın audit yoxlamasından da keçib, hüquq-mühafizə orqanlarının işə qarışması mərhələsindədi. Ortada cinayət sayılacaq yeyinti varsa, hansı üzlə mətbuatı məsələni gündəmdə saxladığına görə günahlandıra bilərsiz, cənab Məmmədov?! Sizin yoxlamaya Cabir İbrahimovla görüşdən sonra qərar verdiyiniz də hamıya məlumdu. Deməli, bu dəfəki ciddi yoxlamanın AFFA-nın təşəbbüsüylə başlanmasıyla bağlı söylədikləriniz də həqiqət deyil.

Elxan Məmmədov alqışı haqq etdiklərini düşünür, deyir ki, günahkarı işdən uzaqlaşdırdıqları üçün onları alqışlamalıyıq. Bravo, cənab baş katib. Bəlkə, biz yanlış bilirik? Günahkar kimi qiymətləndirdiyiniz Mikayıl Nərimanoğlu hələ də AFFA-nın əməkdaşıdı. Onu uzaqlaşdıra bilməmisiz. Cəsarətiniz çatmır, yoxsa onun da ağzını bağlamağı düşünürsüz? Amma mən sizi alqışlayıram. Bu qədər olanlardan sonra hələ də bizdən alqış istədiyinizə görə. Buyurun, halalınız olsun!

Sport7.az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
18:50

Bayılda 3-cü, Masazırda 2-ci qol, "Zirə" də qalib gəlir - YENİLƏNİR

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X