15:24 08.03.2018 1886

"Kəpəz"in futbolçusu: "Biz uduzmağa layiq komanda deyilik"

"Kəpəz”in oyunçusu Tərzin Cahangirovun klubun saytına müsahibəsi

- Qış fasiləsindən sonrakı üç oyunda minimal hesablı məğlubiyyətin ardından "Kəpəz” ötən tur nəhayət ki, qələbə qazana bildi. Əvvəlcə "Səbail”lə matç haqda fikirlərini öyrənək.
- Hələ "Səbail”ə kimi oyunlarda xallar qazana bilərdik. Hətta çempionatda ən güclü rəqiblərimizdən olan "Qarabağ”la görüşdən də xal götürmək mümkün idi. "Neftçi” ilə matçda qolu son dəqiqələrdə buraxdıq, qalib də gələ bilərdik. Bunun üçün imkanlarımız da oldu. "Keşlə”yə qarşı görüşdə də meydanda vuruşduq amma xal götürmək mümkün olmadı. Ona görə "Səbail”lə qarşılaşma bizim üçün vacib idi və maksimum nəticə üçün oyuna çıxmışdıq. Heç-heçə belə sərf etmirdi. Şükür ki, məqsədimizə çatdıq. Uşaqlar ürəklə vuruşdular.

- Komandanın qazandığı qələbədə sənin rolun böyük oldu. "Kəpəz”ə penalti qazandırıb qol da vurdun. Özünü qələbənin memarı hesab edirsən?
-  Xeyr, qələbəmizin memarı tək bir insan yox, bütün komandadır. Baş məşqçidən tutmuş futbolçulara qədər hamının uğurumuzda payı var. Belə azarkeşləri olan komandanın üzvü kimi həmişə qalib gəlməyi istəyirik. Vurduğum qoldan çox stadionda yaşanan atmosfer xoşuma gəldi. Gəncədə oynamaq möhtəşəmdir. Burada oynamaq, azarkeşləri sevindirmək gözəl hisdir. Qolu kimin vurmasından asılı olmayaraq qələbəni komanda qazanır.

- Yeri gəlmişkən, qolu vurandan sonra əlinlə tribunanı göstərdin. Nəyə işarə edirdin?
- Qolumu bizi dəstəkləyən azarkeşlərimizə həsr etdiyimdən onları nişan verirdim. Bu qol onların haqqı idi. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, açığı, çox xoşuma gəlir. Qoy bilsinlər ki, qələbə qazanmağı çox istəyirik. Əvvəlki oyunlarda bəxt də sanki bizdən üz döndərmişdi. Onların görmək istədiyi "Kəpəz” yavaş-yavaş geri qayıdır.

- Qarşıda daha bir çətin oyun var. Keçmiş klubun "Qəbələ”yə qarşı mübarizə aparacaqsınız. Bu görüş haqda nə düşünürsən?
- Çətin oyun olacaq, "Qəbələ” son iki turda uduzub. Aydın məsələdir ki, onlar gedişatı düzəltməyə çalışacaqlar. Amma "Kəpəz” asan təslim olan komanda deyil. Biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır.

- "Kəpəz”in artıq özünə gəldiyini söyləmək olar?
- Hamı görür ki, komanda mövsümün ilk dövrəsindəki "Kəpəz” deyil. Yunis Hüseynovun gəlişindən sonra klubda çox dəyişiklik baş verib. Bununla elə başa düşülməsin ki, bizdən əvvəl heyətdə olan oyunçular zəif olub.Onda da komandada yaxşı uşaqlar vardı, indi də. Biz uduzmağa layiq komanda deyilik. Meydanda mübarizə aparmağı sevən kollektiv var. Bunu yəqin ki, hamı görür.

- Hər bir futbolçunun arzusu əsas heyətdə oynamaqdır. "Kəpəz”in keçirdiyi son dörd oyundan üçündə ilk "11-lik”də yer almısan. Demək olar ki, artıq yerin möhkəmlənib?
- Əlbəttə ki, "Kəpəz”ə oynamaq üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm. Məşqlərdə öz üzərimdə dayanmadan çalışıram. Məşqçidən forma almaq asandır, amma onu qoruyub saxlamaq çətindir. Çalışıram ki, hər oyun əsas heyətdə meydana çıxım. Yeri gəlsə qol da vurum, məhsuldar ötürmə də verim ki, komanda qələbə qazansın. 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X