AFFA-nın təşkil etdiyi U-10 Liqasına yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün yarışda final və 3-cü yer uğrunda qarşılaşmalar baş tutub.
Həlledici görüşdə "Qəbələ” və "Keşlə” komandaları üz-üzə gəlib. Məhsuldar keçən final matçında qalib müəyyənləşməyib – 3:3. Liqanın qalibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan "Keşlə” 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, birinci yeri "Keşlə” qazanıb, "qırmızı-qaralar” mövsümü gümüş mükafatla başa vurub, üçüncülüyü "Vətən” əldə edib.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.
"Qəbələ”nin üzvü Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu kimi fərdi mükafatla da təltif olunub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol