16:52 12.11.2018 2011

“Sumqayıt”dakı xəstəlik...

Amal Abuşov

Nazim Süleymanovun "Sumqayıt”dan ayrılması şəxsən mənim üçün gözlənilməz olmadı. Çünki onu yaxşı tanıyıram. Uzun müddət davam gətirə bilməzdi. Bir gün mütləq bezəcəkdi, bezdiriləcəkdi. Əllərindən, ayaqlarından gələni edəcəkdilər ki, Süleymanov ordan getsin.

Az qala hər gün dünyanın harasındasa baş məşqçi komandadan ayrılır. Kimisi nəticələrə görə, kimisi də rəhbərlik və ya futbolçularla dil tapa bilmir. Burasıyla işim yox. "Sumqayıt” özünə uyğun, Bernard Raab, Aqil Məmmədov, Samir Abasov kimi bir mütəxəssis tapacaq və yoluna davam edəcək. Heç Nazim Süleymanov üçün də dünyanın sonu deyil. Yaşayacaq, çalışacaq. Elə hamı kimi.

Mənim diqqətimi çəkən Süleymanovla klubun yollarının ayrılmasına geyindirilən "don”dur. Klubun rəsmi saytında qeyd olunur ki, baş məşqçi işdən öz istəyi ilə, səhhətindəki problemlərə görə ayrılıb. Bunun adı iftiradı, özü də çirkin iftira. Məşqçiliyi ilə işim yox. Kimin üçünsə uğurludu, kimisi üçün də uğursuz. Amma Nazim Süleymanov kimi futbol veteranlarını əlimizin içində saxlayıb, bütün dünyaya göstərməyimiz lazımdı. Onların qiymətini verməli, Azərbaycan və onun futbolu üçün etdiklərini qiymətləndirməliyik. Nazim Süleymanov kimi adama "xəstə” damğasını vurmaq, onun səhhətində problem olduğunu iddia etməyin özü bir xəstəlikdi. Özü də ruhi xəstəlik. Bu ideyanın müəlliflərinin ruhları xəstədi. Sağalmaları da mümkün deyil.
 
Adam deməyə söz, yazmağa cümlə tapa bilmir. Bu boyda həyasızlıq, bu miqyasda utanmazlıq olmaz, kişilər və kişi övladları. Riad Rəfiyev özünə klub prezidenti deyir, ədası yerə-göyə sığmır. Amma stadionu təmir edən şirkəti tapıb, onlardan cavab ala bilmədi ki, "Sumqayıt”ın doğma meydana, azarkeşlərinə nə vaxt qovuşacağını açıqlasın. Gah oktyabrı nişan verdilər, gah da noyabrı. Qaçqın komandaya çevirdikləri, evindən didərgin saldıqları komandadan isə nəticə tələb etdilər. Hamı bilir ki, sumqayıtlı azarkeşlər Nazim Süleymanovu çox sevirdilər və onun çalışdırdığı komanda doğma meydanda çıxış edəndə daha da güclü olacaqdı, nəticələr dəyişəcəkdi. Bu imkanı Süleymanova verməmək üçün əllərindən gələni etdilər.

Azərbaycan çempionatı adlandırılan futbol tamaşasında Nazim Süleymanov kimi məşqçilərin uzun müddət rol alması mümkün deyil. Bunu elə ilk gündən demişəm. Bir prezident ki, başçılıq etdiyi menecer şirkətinin müştərisi olan futbolçunun "Sumqayıt”a vurduğu qola sevinə, həmin prezidentlə işbirliyinə gedilərmi? Riad Rəfiyevin Emin Mahmudov "Sumqayıt”a qol vurarkən sevinməsi bütün Azərbaycana məlum olan məsələdi. Belə misalların sayını artıra da bilərəm. Amma elə bircəciyi də kifayətdi.

Bizim üçün vacib olan Nazim Süleymanovun səhhətidi. Dünən yağışlı havada 90 dəqiqə komandasının başında olan birinin səhhətində problem olmadığını isə bütün Azərbaycan gördü. Nazim Süleymanov xəstələnməyib. "Sumqayıt”dakı xəstələri isə biz yaxşı tanıyırıq.

Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X