21:44 06.01.2019 2048

Təmkinlə pozulan sükut

Qış yağmurlu və yuxulu gəldi. Nə yazıq ki, qar yağmadı, şəxsi mənfəətini düşünən futbol məmurlarının vicdanını təmizləmədi...


Nisbi sakitlikdi. Səkkiz komandalı elitada ən güclünü müəyyənləşdirməyə çalışan ölkə klubları başının hayındadı. Baş məşqçilər axtarır, menecerlər arı kimi qaynaşır, rəhbərlər təsdiqləyir... Kimi sələfindənqalma "zəiflər”i göndərib yeni futbolçular axtarışı adı altında büdcədən "pul yeyir”, kimi maddi təminatı daha aşağı səviyyədə olan klublardan "oyunçu oğurlayır”, kimi də şərəfsizliyə qol qoymadan işini peşəkarcasına görməyə çalışır.


Son vaxtlar qış fasiləsinə zirvədə yollanmağa alışmış "Qarabağ”, nəhayət, təqibçidi. Reynaldonun dönüşünü Ağdam təmsilçisi üşün "tərpəniş” saymaq olarsa, "Neftçi”nin "taxtda qalmaq” hədəfi ilə çalışmaları uzlaşmır. Əlbəttə, "ağ-qaralar” son dönəmlərin ən yaxşı fürsətini yaxalayıb. Amma yazda tərəfdarların sinəsində yeni ümidlər cücərtmək üçün daha sanballı dəyişikliklər edilməsi vacibdi. "Jalgiris”dən alınan "qarabala” müdafiəçi ilə "köhlən atlar”ın qarşısını kəsmək istəyi müşkül məsələdi. Digər tərəfdən, Roberto Bordinin varlığını da əldə bayraq kimi saxlayıb, gərgin mübarizədən danışmaq olmaz. İtaliya "məşqçi sexi”nin 3-cü dərəcəli "məhsullarından” sayılan Bordin daha öncə çalışdığı Moldovada "heç-heçələr kralı” adlandırılır. Şəxsi fikrimdi, böyük zəfərlər, gözyaşardan uğurlar haqqında danışdığım italyanlıq deyil. Niyə? Darıxmayın, yazda bu haqda daha geniş təhlillər apararıq.


"Zirə”dəki "yarpaq tökümü”, "Sumqayıt” və "Keşlə”nin iddiasız canfəşanlığı da sıradan mənzərədi. Yalnız "Qəbələ”ni belə görməmişdik ki, ona da cari mövsüm adət edəcəyik. Təsəvvür edin, 10 milyona yaxın əhalisi olan Azərbaycanın yerli futbolla maraqlanan qismi Təmkindən danışır. "Qəbələ”ni premyer-liqanın debütantı "Sabah”a dəyişən Xəlilzadədən. Hə, mən də sizi düşündürən faktın təsirindəyəm: axı, bir neçə il öncə tsvetkovları, jabaları, demetradzeləri, 350 min dollar illik məvacibə "naz edən” yerli ulduzcuqları müzakirə etdiyimiz halda, bu qış təcrübəsiz, böyük uğurlara imza atmamış Təmkinlə necə kifayətlənə bilərik?


"Qarabağ”ın əsas heyətində möhkəmlənmək şansının olmadığını anlayandan sonra özünü sübut etməyə başqa məkanlar tapan və durğun bataqlığı xatırladan "yerli bazar”da yavaş-yavaş yaxşı oyunçu sayılan Xəlilzadə təmkinli addım atıb. Şübhəsiz, "Qəbələ” və "Sabah” dünəninə görə eyni sanbalda klublar deyil. Amma Elşad Əhmədovun rəhbərliyi altında top qovmaq qışın ən səs-küylü transferi üçün elə ən aydın sabahdı.


Bölgədə qalmağı əlavə problem saymasından, ev oyunlarını yaşadığı Masazır qəsəbəsində keçirən kollektivə üz tutmasından Azərbaycansayağı mərəz qoxusu gəlsə belə, yanlış işə qol qoymayıb. Uzun müddət özündən fərasətsizlərin kölgəsində qalan Əhmədov Təmkini "rəndələyə”, əsl cinah müdafiəçisinə çevirə bilər. İzlədiyi oyunlardan nəticə çıxarmağı bacaranlar müdafiəçi mövqeyində millidə də tər tökməyə imkan tapmış 1993-cü il doğumlu futbolçunun zəif tərəflərindən xəbərdardı. Müəyyən sürəti, solaxay zərbələri, asmaları üstünlüyüdüsə, müdafiə olunmaq məharəti qeyri-kafidi! Müdafiə bacarığının qeyri-kafi olduğunu söyləməyimi sərt yanaşma sayırsızsa , "orta səviyyədən aşağı” təyini ilə barışın! Daha artığını ağlınızdan keçirmədən...


Xəlilzadə təzyiq altında düzgün oynamağı öyrənəcəyi, vaxtında boş qoyduğu mövqeyə dönməyə vərdiş edəcəyi təqdirdə 25-26 yaşında hələ də tam açılmayan potensialı ilə bir pillə yüksəyə qalxacaq. Hardasa Ansi Aqolli yüksəkliyinə...


Ansinin adını təsadüfən yada salmadım. Məhz alban müdafiəçinin varlığı "Qarabağ” – Təmkin izdivacının bəhrə verməsinə əngəl olmuş, Qurban Qurbanov AZAL - "Zirə” - "Qəbələ” - "Sabah” marşrutu ilə yola çıxan gəncin önünü kəsməmişdi. Xarakter göstərsə, Əhmədovun yardımıyla karyerasının baharını yaşamaq şansı qazanacaq. Son 4 ildə 40 faiz "artıran” cinah oyunçusuna heç olmasa, daha 40 faizlik inkişaf lazımdı. Aqolliyə çatmaq, oynadığı klubdakı gənclərin burnunu mövqe uğrunda mübarizədə ova bilmək, millinin əvəzolunmazlarından biri adını qazanmaq naminə durmadan işləməlidi. Yeni çalışdırıcısı onu bu məqsədlə istəyib. Yarımmüdafiənin sağ və sol cinahlarında sınamaq, müdafiənin solunda "bişirmək”, hücumlara inamla qoşulan, asmalarla rəqibləri təngə gətirən fiqura sahib olmaq üçün.

 

Nihat Ağasoy, "Futbol+" qəzeti

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

Facebookdan bizi izləməyi unutmayın.
X