16:00 09.01.2019 2384

Tərlan Əhmədov: "Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdi"

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov "Qaradağ Lökbatan”ı 5:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

48 yaşlı mütəxəssis əvvəlcə təlim-məşq toplanışı barədə danışıb...

- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün "Qaradağ Lökbatan”la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı analiz edəcəyik. Heyətdə 3 yeni futbolçu var. "Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin BAL Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın "Kaysar” klubundan Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. Beş günlük tsikli normal başa vurmuşuq. Üç gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik.

- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiniz?
- Onun oyununa baxmışıq. Noyabrda "Kaysar”ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz Kamara oldu. Təxminən, 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.

- Litvanın "Jalпiris” komandasından Ceremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədir?
- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdur. Həm də seçim qarşısındadır, vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətin qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Lakin təəssüf ki, məsələyə nöqtə qoyulub.

- Bir pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?
- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni, qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.

- Belə başa düşdük ki, heyətdəki oyunçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, 4-nü götürürsünüz...
- Bəli, 4 oyunçu transfer etmişik. Həmçinin Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşındadır. Orxan Fərəcov var, "Neftçi”də U-19-da oynadığı vaxtdan onun istedadına bələdəm. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Artıq akademiyaya da üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu uşaqlara da şans vermək lazımdır. Potensialları böyükdür. Üstünlük verdiyim cavanları da əsas komandaya cəlb edəcəyəm.

- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?
- Dekabrda klub prezidenti Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət etməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, yaramırdı. Şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı var. Bizdə qalsa, şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci hissədə də eyni şeyi etmək yaxşı olmaz. Mənim tərəfimdən bu məsələyə son qoyulub. Digər işlərə, futbolçuların köhnə müqavilələrinə qarışmıram. Bu, Vaqif üçün də gedib hardasa oynamaq baxımından bir imkandır.

- Xidmətinə ehtiyac duymadığınız qapıçı Orxan Sadıqlı deyib ki, "Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə nə deyə bilərsiniz?
- Dünən mənə çatıb, bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdir. Mənim işlədiyim komandada dini təriqət söhbəti və irqi ayrıseçkilik ola bilməz. Bu, qəbulolunmazdır. Hamımız ibadət edən insanlarıq. Yeri gələndə, başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdir. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam izahını da özü verməlidir. Mən baş məşqçi postuna gələndə komandada 3 qapıçı vardı – Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Mənə qədər nə olub, Orxan Sadıqlı komandadan necə və niyə gedib – bunu açıqlamıram. İstəmirəm onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol. İlk gündən Orxan Sadıqlı mənim siyahımda olmayıb.

- Fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiniz?
- Gözlənilməz gediş oldu. Dekabrın 30-da zəng vurub "Getmək istəyirəm, Çindən təklifim var" dedi. Bildirdi ki, ona buradakından 4-5 qat artıq maaş verirlər. Klub prezidenti ilə belə məsləhət oldu ki, yaya qədər fiziki hazırlığa özümüz baxaq. "Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxtı fiziki hazırlığa mən baxırdım. Bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq.("Report”)

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

Facebookdan bizi izləməyi unutmayın.
X