20:07 19.01.2019 2543

Səriştəsiz “Neftçi” başqanı üçün Süleymanov nümunəsi

"Neftçi”nin Manavqatda çempionatın qalan bölümünə necə hazırlaşdığını zaman göstərəcək. Bu gün üçün bilinən bəlli həqiqət var: "ağ-qaralar”ın heyətə qatdığı iki Mamadu çempionluq uğrunda mübarizədə "Qarabağ”ı üstələmək üçün yetərli deyil.


24 futbolçuyla Türkiyədə təlim-məşq toplanışı keçirən liderin güclənməsi, Avroliqada mübarizəni dayandıran və bütün diqqətini daxili yarışlara yönəldən Ağdam komandasına rəqabət yaradacaq duruma gəlməsi hamımızın arzusudu. Klub rəhbərliyinin SOCAR-dan əlavə vəsait almaq üçün bütün əlaqələrini işə salması başqa, büdcəni göyə sovurmaq əvəzinə istiqamət üzrə xərcləməyi bacarmaq, transfer məsələlərində mümkün qədər az səhvə yol vermək başqa...

Nə yazıq ki, Bakı təmsilçisini çempionluğa qovuşdurmaq hədəfi bu gün klubda rəhbər vəzifələri tutanların nüfuzu və yürütdüyü siyasətlə üst-üstə düşmür. Başdan başlayaq, ikinci, üçüncü dərəcəli idarəçilər haqda sonra danışsaq da olar.


Yox, Çingiz Abdullayevi demirəm. Xalq yazıçısının yazı üslubu acgözlüklə oxuduğum digər yazarlarınkından çox fərqlənsə belə, Müşahidə Şurasının sədri Azərbaycan üçün olduqca dəyərli simadı. Özünü kiməsə şirin satmaq üçün tərif yağdırdığını, "bütpərəstlər” sırasına qoşulduğunu da görməmişəm. Deməli, dünyaca məşhur azərbaycanlı həm də milyonlar üçün böyük örnəkdi. Çingiz müəllimdən danışarkən komandanın uğursuz transferlərini ortaya atmaq, hələ də təzminat davasını sürdürən Kvame Karikarinin, Slavko Braliçin timsalında onlarla lazımsız legionerin hardan və niyə "xalq komandası”na gətirildiyini ortaya atmaq düzgün olmaz. O, futbol təsərrüfatına neftin pulu ilə maliyyələşən kluba nəzarət etmək, büdcə oğurluğuna imkan verməmək üçün dəvət edilib. Bu idman növünün Azərbaycansayağı reallıqlarının çoxundan xəbərsiz və ya böyük qismi haqda az məlumatlı olduğuna da əminəm.

 

"Sumqayıt”dan "götürülüb” Bakı klubuna "qoyulan” Kamran Quliyev isə səriştəsizdi. Nə xarizması yaşı səksəni ötmüş "Neftçi”də əsas söz sahibi olmasına imkan verir, nə də münasibət qurmaq məharəti. Sumqayıt təmsilçisində Quliyevin başqanlığı dönəmində baş menecer qismində çalışan Ceyhun Sultanovla ölkənin ən "qocaman” camiəsində eyni nəticələri göstərmək cəhdi sadəcə gülüncdü. "Ağ-qaralar”ın idman direktoru özü də yəqin, geridə qalan müddətdə bunu anlamağa imkan tapıb.


İndi klubda struktur əvvəlkindən çox fərqlidi. Sadıq Sadıqovun prezident postunu tutduğu vaxtlarda vitse-prezident Tahir Süleymanov sinəsini zərbə altına verən əsas fiquruydusa, hazırda Elnur Eyvazov tam fərqli işlərlə məşğuldu. Eyvazov rəhbərlikdə yer alan digər şəxslərin sponsorun - SOCAR-ın pulunu cibinə doldurmasına imkan verməmək, bir növ ARDNŞ ilə "Neftçi”arasında körpü rolunu oynamaqla işini bitmiş sayır. Əlbəttə ki, bacardığı, təcrübəsi imkan verdiyi qədər... Dəqiqləşdirsək, gənc kadr ona tapşırılan işi həvəslə yerinə yetirməyə can atır, ümidləri doğrultmaq naminə çarpışır.


Kamran bəyin öz günahlarını onun-bunun üstünə atmaqda mahir olduğunu bilməyən yoxdu. Adam simasını futbol ictimaiyyətinə göstərəndən bəri eyni qaydada işləyir. Qarşısına çempionluq məqsədi qoyulmuş klubun başqanının "Neftçi”nin ən böyük, ən çılğın azarkeş qrupu ilə münasibətləri iyrənc həddə çatdırmasına isə izah tapmaq çətindi. İşini bilən, klub prezidenti postunun nə dərəcədə məsuliyyətli "kreslo” olduğunu anlayan insan belə siyasi səhvə yol verməməliydi. "Neftçi” ağırlıqda adın altında azarkeşlərlə mətbuat vasitəsi ilə "atışmaq”, "Forza Neftçi” fanklubunun üzvləri üçün arzuolunmaz şəxsə çevrilmək fərasətsizlik, işbilməzlik deməkdi. Azərbaycan futbolunun öz həqiqətləri var. Yəni "odlar yurdu”nda Avropa standartları prizmasından "quru” açıqlamalar vermək, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə sudan quru çıxmağa çalışmaq lazımsız gedişlərdi. Quliyev başa düşməlidi ki, "Neftçi” rəhbərlik üçün ayrılmış lojada, zəngin çay süfrəsi arxasında oyunlara baxan müvəqqəti adamların yox, fanatların, onu maaş almadan, büdcədən pul oğurlamadan sevənlərindi.


Kamran bəy tutduğu yolun fiaskoya apardığını anlamalı, özündən öncə bu klubda idarəçilik edənlərin fəaliyyətinə nəzər salmalı, öyrənməli və yenə də öyrənməlidi. 7 il öncə ölkə futbolu tarixində ilkə imza atan, idman ictimaiyyətinin təfəkkürünü dəyişərək Avroliqanın qrupunda top qovmağın nağıl olmadığını sübuta yetirən, çempionluqları sıralayanlar əsl fanatlarla çiyin-çiyinə dayanırdı. Azarkeşin "böyük oyun”da sınmış fotoaparatının pulunu ödəmək, polis zorakılığı zamanı kreditə götürdüyü telefonu sıradan çıxan fanata yenisini bağışlamaq, tribunaların hər çağırışına əlini sinəsinin üstünə qoyub "can” demək bu qədər çətindi? Sizcə, APOEL-lə Avroliqanın pley-off mərhələsinin ilk oyununda "poqonlular”ın təzyiqinə cavab olaraq tribunaya qalxan, şəxsən azarkeşlərə nə dərəcədə hörmət etdiyini göstərən Tahir Süleymanov yanlış yol tutmuşdu? Bəlkə sabiq vitse-prezidenti buna məcbur edən var idi? Bu başqa məsələ ki, Süleymanovu Quliyevlə tərəzinin bir gözünə qoymaq ən azı böyük günah olar. Kamran bəydən fərqli saçını, saqqalını futbolda ağartmış beynəlxalq dərəcəli hakim indiki "Neftçi” rəhbərliyinə - prezidentindən tutmuş idman direktoruna qədər ustad dərsi keçməyə qadir və layiq biridi. Telefonu, fotoaparatı öz cibinin puluyla almasaydı, əsl azarkeşlərə həmrəylik nümayiş etdirməsəydi, o "Neftçi” də indiki komanda kimi Biləcəridən o tərəfə getməzdi.

 

Nihat Ağasoy
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X