21:56 09.02.2019 1857

Ayxan Abbasov: "Fərq etmir, kimə uduzursan, hər bir məğlubiyyət xoşagəlməzdi"

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində evdə "Qarabağ”a 0:2 hesabı ilə məğlub olan "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- "Qarabağ” oyuna çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. Bəlkə də istək çox olduğundan ilk 15-20 dəqiqədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Fasilədən sonra dəyişikliklər etdik, məncə, yaxşı oynadıq. Əlbəttə, qış fasiləsindən sonra keçirdiyimiz hər 2 oyunda məğlub olmağımız məni üzür. Lakin qarşıda xeyli matç var və düşünürəm ki, vəziyyətdən çıxa biləcəyik.

- Bir sıra aparıcı oyunçunuz start heyətində yox idi...
-  Əfranın şəxsi problemi var idi, Rail də tam hazır deyildi. Ancaq meydana çıxanlar da bacardıqlarını etdilər.

- Peyman Babayidən razısınız?
- Həmişə demişəm ki, bizim çempionat çətindi. Peymanda potensial, istək var. Bəli, əvəzlənməyini istədi. Ancaq bu, əzələsinin dartılması ilə əlaqədar idi. Ona vaxt lazımdı.

- Ardıcıl 2 məğlubiyyət futbolçularınıza necə təsir edir?
- Fərq etmir, kimə uduzursan. Hər bir yenilgi xoşagəlməzdi. Ancaq hər bir məğlubiyyətdən dərs çıxarmalıyıq. Ancaq onu da qeyd edim ki, "Qəbələ” və "Qarabağ”la başlamışıq.

- İki fərqli "Sumqayıt” izlədik. Doğrudanmı "Sumqayıt”a 2-ci hissədə oyuna daxil olan Əfransız çətindi?
- Əfran ən vacib futbolçularımızdandı. Ancaq unutmayaq ki, hesabda geridə idik. Bu üzdən də irəli atılmışdıq. Bütün hallarda, Əfran təcrübəli oyunçudu. O, bizim üstünlüyümüzdü.

- Qəbələdə də, burda da Rəşad Əzizli uzaq məsafədən qol buraxdı. Mehdi Cənətova güvənmək fikriniz varmı?
-  Mehdiyə güvənirik. Ancaq Rəşadda səhv görmürəm. Qarşıdakı oyunlarda Mehdini də, Rəşadı da görəcəyik.

-  Uzaq məsafədən zərbə yox idi...
-  Razılaşıram. Bunun üzərində işləyirik. Bu gün rəqib əksər hallarda imkan vermirdi. Ancaq şanslar var idi. Keyfiyyətli zərbə vura bilən futbolçularımız var. Təəssüf ki, istifadə etmədilər. Demək bunun üzərində daha çox işləməliyik.(Sport24.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X