16:50 10.02.2019 2303

Yalan üçbucağı

"Əsas məqsəd odu ki, millimiz Avro-2020-yə vəsiqə qazanmağa daha yaxın olsun. Başa düşürük ki, çətin qrupda yer almışıq, xal qazanmaq baxımından komandaların sayı da azdı. Bu da gələcək məşqçi üçün məsuliyyətli addımdı. Lakin hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, AVRO-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik”.


AFFA-nın baş katibi Elxan Məmmədovun sözləridi. Yanvarın 28-də ölkə mətbuatına verdiyi müsahibədə deyib. Əlbəttə, assosiasiya rəsmisinin AÇ-2020-yə qatılacaq potensialı olmayan yığmanın nağıla bənzəyən hədəflərindən danışması özlüyündə qeyri-ciddi yanaşma statusu daşıyır. Ancaq adamın mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırdığı fikrin məsuliyyətini daşıya bilməməsi, xalqın qarşısında yalançı çıxması daha acı reallıqdı. "Şüşəli saray”ın "vəzir”ini isə elə özünün istəyi ilə Bakıya dəvət edilmiş millinin potensial çalışdırıcısı yalançı çıxartdı. Paytaxta təşrif buyuran və ölkə çemionatının 16-cı turunun matçlarına baxmağa dəvət edilən Nikola Yurçeviç media mənsubları önündə kiçik sirrin üstünü açdı. "Sumqayıt” – "Qarabağ” oyununun (0:2) fasiləsində jurnalistlərə danışan xorvata ünvanlanan suala və cavaba diqqət yetirin:


- Bizdə belə məlumat var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq tələbi qoyulub. Sizə bu haqda nəsə deyiblər?
- Bu məqsəd haqda AFFA rəsmiləri mənə heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdi.


Əlbəttə, baş katibin nağıla bənzəyən hədəfdən dəm vurmaqla Qurban Qurbanov və onun istəyi ilə digər yaş qrupu üzrə millilərə təyin edilən mütəxəssislərin AFFA-dan uzaqlaşdırılmasına bir növ haqq qazandırmaq istədiyini söyləsək, yeni nəsə demiş sayılmarıq. Bu, dekabrdan bəlli olan həqiqətdi. Həm ictimaiyyətin rəğbətini qazanmaq, həm də "yuxarılar”ın yanında gerçək səbəbləri ört-basdır (az qalıb, əsl səbəblər və məqsədlər yaxın gələcəkdə üzə çıxacaq) etmək istəyinin qoxusu ayyarım öncədən duyulurdu. Yurçeviçə oyundan oyuna artırmaq planını söyləyən məmurun AÇ-2020-yə qatılmaq məqsədi haqda bir kəlmə də deməməsi qəribə və ürəkağrıdan reallıqdı. Biz sizə faktları xatırlatdıq. Kimin və niyə yalan danışdığını özünüz müəyyənləşdirin. Sizcə ona görüş zamanı açıqlanan ana hədəfi danan Yurçeviç yalançıdı? Yoxsa biz haqq yolunda olan peşəkarların işgüzar nüfuzuna xələl gətirən məqalələrimizlə sizlərə yalan danışırıq?

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X