15:14 28.02.2019 2330

"Dəlləklik" təfəkkürü - "TƏKbəTƏK"ə söz ardı

15 ilə yaxındı Azərbaycan futbolu həvəskar səviyyədə idarə olunaraq eksperimentlər məkanına çevrilib. Bu illər ərzində klublar da daxil ölkə futboluna 2 milyard dollara yaxın vəsait xərclənib. Azərbaycan şərtləri üçün fantastik məbləğdir.

Futbolda hər il minimum 5 ilə bərabərdir. Strateji olaraq bir-iki yanlış addım atılırsa, bir futbol nəslinin məhv edilməsi deməkdir. Səhvləri aradan qaldırmaq üçün illər lazım olur.

O da, düzgün işlər aparılarsa, səhvlərdən dərhal nəticə çıxarılarsa...

AFFA İcraiyyə Komitəsi katibliyə müstəsna səlahiyyətlər verib. Maliyyə, infrastruktur, millidən tutmuş uşaq futboluna kimi rəhbərlik, nəzarət baş katibin əlində cəmləşib. Bununla yanaşı, təbii ki, ölkə futbolunun mövcud durumuna struktura uyğun federasiya rəhbərliyi, İcraiyyə Komitəsi baş katiblə yanaşı birbaşa məsuliyyət daşıyırlar.

Elxan Məmmədovun son çıxışı bumeranq effekti verdi. Şəxsi müsbət imicinin formalaşdırmasına illərini sərf edən baş katib, bir verilişlə hamısının üstündən xətt çəkmiş oldu. Hətta alternativ sualların, "sıxma-boğma"nın olmaması fonunda, futbolun "partiya" kanalında belə ictimaiyyətin sualları qarşısında duruxub qaldı, futbolda da olduğu kimi baş çıxara bilmədi.

Milli komandaya çox yer verildi. Diqqətdən yayınan önəmli məqam yaşandı. Baş katib açıq etiraf etdi, "A" milli və klubların baş məşqçilərini ancaq öz işləri, nəticə maraqlandırır. Onlar ümumi işi, gələcək perspektivi düşünmürlər.

Bunu anlamaq üçün baş katibə 10 ildən çox vaxt lazım olub. Təəccüblü deyil. Həvəskar düşüncə ilə peşəkar futbolu dərk etmək mümkünsüzdür. Uzun illər keçsə də, bu məsələdə Elxan Məmmədov tam olaraq haqlıdır.

Hər zaman vurğulayıram, klub/komanda anlayışı fərqlidir. Eynilə AFFA/milli məsələsinə də fərqli prizmadan yanaşılmalıdır. Klubun strateji inkişafına birbaşa rəhbərlik cavabdehlik daşıyır. Baş məşqçi futbolçu kimi müqaviləli şəxsdir və ancaq özünü, karyerasını düşünür. Psixoloji baxımdan fərqli anlayış da ola bilməz. Hər bir məşqçi bilir ki, nəticə olmasa, dərhal yola salınacaq. Milliyə gətirilən məşqçilər də eyni düşüncəyə sahibdilər. Futbolun gələcəyini, inkişafını federasiya rəhbərliyi kompleks şəkildə düşünməlidir. Nəinki ölkə futbolu, heç klub səviyyəsində belə klubun tam yükünü məşqçi öz üzərinə götürə bilməz. Buna nə vəzifəsi, gücü, vaxtı çatmaz...

Hazırda da yanlış suallar, düşüncələr səslənir. Yurçeviç gəlib, görək futbolumuzu necə dəyişəcək?! Torres, Foqts, Prosineçki, Qurbanov...Bu illər ərzində nə dəyişdi ki, Yurçeviç də davamını gətirsin? Dəyişməyən bir amil var, hər gələn milyonları süpürüb, məşqçi dili ilə desək, çemadanlarını götürüb gedirlər.

Futbola cavabdehlər isə rahat öz yerlərindədilər. Elxan Məmmədov 10 ilin qənaətini dilə gətirərək illərdi bildirdiyimiz həqiqəti təsdiq etdi. Bununla da futbolu dərindən bilmədiklərini əyani olaraq göstərmiş oldu.

Həvəskar təfəkkürlə futbolu idarə edə-edə 10 illər keçib, 100 milyonlar havaya sovrulub, ciblərə axıb. Futbolun fəlsəfəsini bilməyənlər Foqts haqqında kliplər çəkdirib, hər sıklda 1 xalı möhtəşəm uğur sayıb millətin gözünə kül üfürüblər.

Təəssüf ki, buna inananlar da az olmayıb. İndi isə, Millətlər Liqasındakı fiaskodan sonra Avro-2020-yə vəsiqə tələb olunur. 10-15 ilə futbolu dağıda-dağıda hansı məntiqlə?! Xeyr, bu tələb birbaşa ölkə prezidentinin tələbidir və bu yanaşmada ölkə rəhbərliyi ilə futbol içtimaiyyətinin, azarkeşlərin fikri haqlı olaraq üst-üstə düşür...

15 ildi pulların sel kimi axdığı futbolda bir təsadüfi qələbəni toy-bayram edib milyonlarla mükafat paylayanların yadına finallar indi düşüb?! Yox, dövlətin, xalqın pullarını ata malı kimi səpələyə-səpələyə piramidanın son pilləsinə yaxınlaşılıb. Ondan o tərəfi artıq uçurumdur...

Tək milli deyil, U-21, aşağı yaş qrupları üzrə yığmaların da strateji inkişafını AFFA nizamlamalı, tənzimləməlidir. Yoxsa hər gələn məşqçi kefi nə istədi edib, cibini dolduraraq sağollaşıb getməyilə futbol düzəlməz.

Əcnəbi sevgisindən əl çəkilmir. Xorvat-serb tandemindən "limandra" düzəltmək, mehriban düşmənləri paytaxtımızda barışdırmaq eşqinə düşüblər. Belə xeyirxahsız, millətləri düşünürsüz, gedin Quzanlıda, Füzulidə, sərhəd bölgəsində bir-iki akademiya açın, qaçqın-köçkün balalarımız da bir gün görsünlər, qayğı hiss etsinlər...

Milli məşqçilərin poliqonuna çevrilib. Demə, yığma tramplin imiş "tullana-tullana" əcnəbi məşqçilər yetişdirilir. Məntiq(sizlik) fantan vurur, belə getsə Nobel prospektini su basacaq...

Lippert də həmişə olduğu kimi bəh-bəhlə təriflənir.

"Neftçi" ilə Türkiyədə təlim-məşq toplanışındaydıq. İllərdi millətin pulu ilə yeyib-yatan almanın rəhbərliyi ilə U-21-də Antalyada idi. Şəraitləri bizdən də yaxşı. Varlığa nə darlıq...Bir çox gənc futbolçularımız yığmanın düşərgəsində idi, rəsmi dəvət almışdılar. Bununla yanaşı tam hazır olan Elvin Yunuszadə, Ağabala Ramazanov, Məqsəd İsayev U-21-ən kənarda qalmışdı..

Antalyadan Elxan Məmmədova telefon açıram.
Durumu izah edib U-21-n məşqçilər korpusunun hara baxdığını, necə seçim etdiklərini, seleksiya apardığını, nə işlə məşğul olduqlarını soruşuram. Qeyd etdiyim futbolçuların U-21-ə tam hazır olduqlarını əminliklə vurğulayıram və yoxlamadan keçməklərini təkid edirəm.

İnsafən, baş katib məsələyə dərhal reaksiya verir və məsələni daxildə qaldırır. Futbolçulara dəvət gəlir və gecəylə düşərgəmizə təşrif buyurub əlavə 4 futbolçunu yığmaya aparırlar. İlk yoxlama görüşündən sonra Elvin, Ağabala, Məqsəd U-21-n aparıcı futbolçularına çevrilirlər. Bu gün də çıxış etdikləri klublarda əsas heyət üzvləridirlər...

Təsəvvür edin, illər ərzində neçə-neçə bacarıqlı futbolçular məhv edilib, nəzarət mexanizmi yaradılmayıb. Bu hələ Bakıdır, göz önündə olan futbolçulardır. Bölgələrimizdə klubların dağılması, dağıdılması, millilərə obyektiv seleksiyanın aparılmaması fonunda onlarla, yüzlərlə istedadlı, bacarıqlı futbolçular kənarda qalıb, baxımsızlıqdan məhv edilib. Bunun əvəzinə federasiyada lövbər salmış menecerlər vasitəsilə illərdi gəlir mənbəyi, mexanizmi qurulub, əcnəbilər milliləşdirilir, yığmalara yolları açılır, 100 minlər, milyonlar qazanılır.

İnkişafdan dəm vuranlar futbolda itirilən illəri göz önünə gətirməlidirlər. Bəla da odur ki, yuxarıda qeyd etdiyim Lippert və yerli "baş üstə"lər bu gün də baş katibin ətrafındadılar, göz bəbəyi kimi qorunurlar. Bu, bir daha sübut edir ki, dağıdıcı futbol şəbəkəsi birbaşa özləri tərəfindən idarə olunur...

Bu illər ərzində Azərbaycan futbolu fərqli yerlərdə olmalıydı. Bunun üçün kifayət qədər vəsait, dövlət, sponsorlar tərəfindən şərait yaradılmışdı və hal-hazırda da qayğı göstərilir.

Həvəskar futbol düşüncəsi tərzi, şəxsi məqsədlər, "dəlləklik" təfəkkürü ilə ölkə futbolu Bayıl-Zirə-Mərdəkan çərçivəsinə salınıb, vargəl edir...

"TƏKbəTƏK"də səslənən çox məqamlar var. Növbəti yazılarda digər cavabları da ətrafı təhlil edərik...

Tahir Süleymanov
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

04 phrase_var_core.june 2026
02:47

90 milyonluq ulduz "Real Madrid"dən ayrılır

02:19

Mourinyu onu "Real Madrid"ə gətirir

01:49

Xviça Kvarasxeliya sabiq "Qarabağ"lıya elə bir rəy yazdı ki...

01:24

PSJ onun üçün 100 milyon ödəyəcək?

00:43

Ulduz futbolçu "Real Madrid"ə transfer olunmaq üçün tibbi müayinədən keçdi - SON DURUM

03 phrase_var_core.june 2026
23:53

AÇ: Azərbaycan millisi finalda!

23:43

Arda Güler yenə tarix yazdı

23:13

Addai "Qarabağ"la belə vidalaşdı

22:39

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

22:11

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşdü

21:52

Azərbaycanın 3x3 qadın basketbol yığması Dünya Kubokunda Çexiyaya qalib gəlib

21:02

Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib

20:51

Avropada Mateus Fernandes yarışı

20:21

"Arsenal"ın sağ cinah müdafiəçisi siyahısı bəlli oldu

19:48

"Real Madrid" müdafiə xəttini tamamilə yeniləyir

19:08

"Mançester Yunayted" Pyer Kalulunun transferi üçün hərəkətə keçdi

18:41

Markus Raşford üçün "Nyukasl" variantı: "Barselona"nın qərarı gözlənilir

18:12

Hakan Çalhanoğlu "Fənərbağça" yolunda: İstanbulda gizli görüş

17:52

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirildi

17:29

MY Hoylundu satdı - RƏSMİ

17:10

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları açıqlandı - Deklan Rays 2-ci yerədir

16:51

Səmədov Premyer Liqaya yüksələn klubda qalmayacaq

16:33

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak etdi

16:28

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

16:14

"Şəfa" rəhbərliyi Emin Zamanovla bağlı qərarını qətiləşdirdi

15:55

DÇ-2026-nın ən gənc futbolçuları bilindi - Lennart Karl 3-cü yerdədir

15:28

DÇ-2026-nın ən "qoca"sı Ronaldudur - Portuqaliyalıdan yaşlıları da olub

15:01

Azərbaycan yığması Pakistanla iki oyun keçirəcək

14:43

Onur İsveçdəki turnirə qatılacaq

14:26

AFFA "Turan Tovuz"un Konfrans Liqasında iştirakına qadağa qoyulduğunu təsdiqlədi

14:08

"Neftçi"nin yay hazırlığını harada keçəcəyi bəlli oldu

13:50

Lukaku Levandovskini geridə qoyub ilk "5-liy"ə yüksəldi

13:31

Azərbaycan avarçəkənlərindən Uralsk reqatasında uğurlu performans

13:12

Qrinvud İtaliya klubuna keçməyə yaxındır

12:54

İçərişəhərdə futbol meydançasının açılışı oldu

12:34

Füzuli Məmmədovun yeni iş yeri müəyyənləşmək üzrədir - Razılıq əldə edildi

12:15

"Səbail"də baş məqşçi dəyişikliyi: Adil Şükürovu bu mütəxəssis əvəzləyəcək

11:48

Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlandı

11:29

"Real Madrid" ulduz transferi reallaşdırdı - SON DURUM

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

phrase_var_core.fb
X