15:16 14.03.2019 1495

Ansi Aqolli: “Qarabağ”dan ayrılmaq mənim üçün çox çətindi"

"Mənə ABŞ klubundan təklif fevralda gəldi, müzakirələr oldu. Danışıqlar təxminən 2 aya yaxın davam etdi”. 

Bunu ONA-ya "Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib. 

37 yaşlı müdafiəçi karyerasını ABŞ-ın "Nyu-York Kosmos” klubunda davam etdirəcək. Onun 2010-cu ildən şərəfini qoruduğu Ağdam təmsilçisi ilə müqaviləsinə "Səbail”lə sabah keçirəcək Topaz Premyer Liqasının oyunundan sonra xitam veriləcək. A.Aqolli bildirib ki, "Qarabağ”dan ayrılmasında ailəsinin ABŞ-da yaşaması mühüm rol oynayıb: "Ailəm də ordadır və gələcəkdə orda yaşamağı planlaşdırdığımızdan təklifi dəyərləndirmək istədim. ABŞ-da çempionat apreldə başlayacaq. Mənim artıq onlarla razılaşmam var. Ona görə də "Səbail”lə matçdan sonra birbaşa Albaniyaya deyil, ABŞ-a yollanacam”. 

A.Aqollinin sözlərinə görə, heyətində son 5 mövsümdə çempion olduğu komandadan ayrılmaq heç də asan deyil: "Qarabağ”dan ayrılmaq mənim üçün çox çətindir. Bu komandada 9 il oynamışam, uğurlar qazanmışam. Azərbaycan çempionu, ölkə kubokunun qalibi adına yiyələnmişəm. Çempionlar Liqasının, Avropa Liqasının qrupunda oynamışıq. Çox fərqli bir hissdir. Təbii ki, mənim üçün çətindir. ABŞ-a getməyimi məhz futbol deyil, ailəmin orda yaşaması ilə bağlıdır. "Qarabağ” həyatımda böyük bir iz buraxıb. Bura mənim ikinci ailəm olub, çox şey qazanmışam. Özümü klubun bir parçası hesab edirəm. Vaxt, imkan olduqca bura yenə qayıdacam”. 

Albaniya millisinin sabiq kapitanı ölkəmiz haqda da xoş sözlər söyləyib: "Azərbaycan mənə xoş xatirələr bağışlayıb. 9 il burda yaşamaq az bir müddət deyil. Bura gələnə qədər də legioner həyatı yaşamışam. Amma Azərbaycan tamam bir başqadır. 9 il burda qalmağımda Azərbaycana olan sevgim, mənə olan doğmalıq, insanların münasibəti çox böyük rol oynayıb”. 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

Facebookdan bizi izləməyi unutmayın.
X