13:50 20.08.2019 1963

Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!

Anar Şabanoğlu

"Neftçi” klubunun mətbuat xidmətinin sabiq rəhbəri, tanınmış idman jurnalisti Anar Şabanoğlu "aq-qaralar”ın son uğursuz çıxışları, klub rəhbərliyinin dünən azarkeşləri stadiondan uzaqlaşdırması ilə bağlı Qol.az saytı üçün tənqidi yazı yazıb. Yazını təqdim edirik.

***

"Neftçi” yenə burulğana düşüb. Artıq azarkeşlərdən jurnalistlərə hər kəs ziq-zaqlardan təngə gəlib. Ötən mövsüm "Uypeşt”i evdə 3:1 udub, səfərdə 0:4 uduzulan oyunla başlayan qeyri-sabitlik ölkə çempionatında da davam etdi. "Qarabağ”ı ciddi xal fərqi ilə geridə qoyub liderlik edən "flaqman” azarkeşlərə illər sonra çempionluq ümidi vermişdi. Yekunda "Bakcell Arena”da "Sumqayıt”ın ikinci heyətinə məğlubiyyət və elə həmin "Bakcell Arena”da "Qarabağ”a daha bir məğlubiyyət və qızıl medalların, kubokun təqdimatı. Sadiq "Neftçi” azarkeşlərinin ömründən neçə il getdi ötən mövsüm...

Yeni mövsümə, yeni ümidlərlə başlamışdı həmin sədaqətli, saf, "Neftçi”ni təmənnasız sevən insanlar. Bunun üçün əsasları da vardı. Ötən mövsümdən fərqli bu dəfə transfer məsələlərinə çox ciddi yanaşılmışdı. Alınan bütün legionerlər əsas heyəti gücləndirəcək potensialda idi. "Sperantsa” üzərində gözlənilən və "Arsenal” üzərində gözlənilməz zəfərlər isə artıq "Neftçi”nin düz yolda olduğuna demək olar şübhə yeri qoymurdu. Nə oldusa həmin "Arsenal”ı Bakıda darmadağın edəndən sonra oldu.

"Arsenal”dan və elə "Neftçi”nin özündən dəfələrlə zəif "Bney Yehuda”ya müqavimətsiz məğlubiyyət ilk növbədə klub daxilində ab-havanın ürəkaçan səviyyədə olmamasının göstəricisidi. Rusiya premyer liqası təmsilçisi ilə oyunlarda gördüyümüz komanda sanki bir anda havaya buxarlanıb. "Sabah”la oyun israillilərlə oyunların davamı oldu. Futbol tanrısı "Neftçi”nin tərəfində olmasa "xalq komandası” uduzmuşdu, özü də bəlkə böyük hesabla.

Ötən mövsüm çempionluq ümidləri, bu mövsüm Avropa Liqasının qrup ümidləri dəfn olunan azarkeşlər isə hər şeyə rəğmən sevimli komandalarına tribunadan dəstəklərini əsirgəmirdi.  Prezident Kamran Quliyevin "Bney Yehuda” faciəsi”ndən sonra "bu faciə deyil”, "məqsəd "Speranta”nı keçmək idi” kimi anlaşılmaz fikirləri,  israillilərə qarşı sərgilənən bərbad futbol fonunda onlar yenə də tribunada idilər. Amma "Sabah”la oyunda "Neftçi”nin zəncirvari biabırçılıqları davam etdi. Həm meydanda, həm də meydandan kənarda. "Bney Yehuda” ilə istəksiz və bərbad oyuna, "Sabah”la matçda eyni prosesin davamına və hesabda geri düşülməsinə etiraz edən "Neftçimania” fanat qrupu Kamran Quliyevin əmri ilə tribunalardan qovuldu. Buna etiraz edən "Forza Neftçi” azad azarkeş qrupu isə bir müddət tribunalardan çəkildiyi haqda bəyanat yaydı. Yəqin ki, azarkeşləri tribunadan qovan klub prezidentinin istəyi də elə budu: komandanın bərbad oyunlarını heç kimin görməməsi və tribunalardan heç bir etiraz edilməməsi.

Amma heç kimin görməmək variantı yoxdu. Çünki CBC Sport bütün oyunları canlı verir və ən azı, TV vasitəsilə hamı "Neftçi”ni yenə izləyəcək. Ümumiyyətlə, Kamran Quliyev azarkeşləri tribunadan qovmaqdansa komandadaxili mühiti düzəltmək haqda düşünsə yaxşı olardı. Mən ötən il sportinfo saytına müsahibəmdə Kamran Quliyevi top-menecer adlandırmışdım. O zaman "Neftçi” çempionatın lideri idi. Bu sözlərimə hələ də demək olar, çox adam lağ edir. Dünənə qədər onlarla razılaşmırdım. Amma "Neftçimania”nı bir sözə, "istefa” sözünə görə tribunadan qovduran prezident top-menecer ola bilməz! Səhvimi etiraf edirəm... Kamran Quliyev yaxşı insandı, ona böyük hörmətim var. Amma o, "Neftçi” kimi klubda prezident olacaq xarizmaya, fors-major vəziyyətlərindən çıxacaq qabiliyyətə, flaqmanlıq potensialına malik birisi deyil. Quliyev lider, aparıcı qüvvə deyil! Rusca desəm, bəlkə daha yaxşı anlayacaq "Ne vedushiy, a vedomıy”. "Neftçi” kimi köklü klubda isə belə prezident ola bilməz! 
"Sumqayıt”da bəlkə keçər, başqa hansısa klubda bəlkə keçər, amma "Neftçi”də əsla! 

Kamran müəllimdən "Forza Neftçi” də narazı idi. Ötən mövsüm tribunalardan komandanın ən böyük dəstəkçisinin də liderləri bölmələrə aparılmış, etiraz əlaməti olaraq tribunalardan çəkilməyə məcbur olmuşdular. O zaman mən susdum. Fikirləşdim ki, bəlkə yeni klubdu, "Neftçi” miqyasını anlamır, tədricən düzələr. Baxmayaraq ki, "Forza Neftçi”də mənim çoxlu dostlarım var, susdum. "Neftçimania”da isə mənim nəinki dostlarım yoxdu, heç bir nəfəri də şəxsən tanımıram. Amma eyni səhv təkrarlanırsa bu dəfə susa bilmirəm. Demək ki, azarkeş uğursuzluğa görə nə vaxt tribunadan etiraz etsə, stadiondan qovdurulacaq. Yox, belə prezidentlə "Neftçi” uzağa gedə bilməz. Hətta, "Bney Yehuda”dan sonra "Komandanın qarşısına çempionluq və kubok məqsədi qoymuşuq” açıqlaması versə də, mən yüzdəyüz əminəm ki, "Neftçi” bu prezidentlə "Qarabağ”ın hegemonluğuna son verə bilməyəcək. Hə, bəlkə kubok ola bilər. Amma dağılmaq üzrə olan "Qəbələ”, çempionatda axırıncı yer tutan "Keşlə” də kubok aldı. Kubok alan Çempionlar Liqasına getmir. Kubok "Qarabağ”ın kölgəsindən çıxmağa kifayət etmir. Həm də, "Sabah”ın gücünü görəndən sonra heç kuboka da inam qalmır...

Qaldı-qalmadı, kubok-çempionluq oldu olmadı, Kamran Quliyev bu vəzifədən bu şəkildə yapışmamalıdı. Çünki başqa işdə daha uğurlu ola bilər. Kamran müəllimə də, "Neftçi”yə də uğurlar! Amma bir yerdə uğurlu olmaqları mümkünsüz görünür. Zənnimcə, SOCAR-dakı insanların da səbri və güvəni limitsiz deyil. Yəqin ki, yaxın günlərdə "Neftçi”də daha bir refreş olacaq. Hər kəs üçün xeyirlisi!

Qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X