Hazırda davam edən "Neftçi" - "Sumqayıt" matçında meydan sahiblərinin azarkeş qrupu "Neftçimaniya" tribunalardan kənarlaşdırılıb.
Sport7.az-ın stadionda olan əməkdaşnın verdiyi məlumata görə rəhbərliyin bu addımına səbəb azarkeşlərin yenə "istefa" şüarları olub. Hazırda rəqibindən 0:1 hesabı ilə geridə olan "Neftçi"nin oyununa etiraz edən və rəhbərliyi, konkret klub prezidenti Kamran Quliyevlə, idman direktoru Ceyhun Sultanovu istefaya səsləyən fanatlar polislərin yardımı ilə stadiondan kənarlaşdırılıb.
Təzyiqlər qarşısında verəcək cavabları olmayan və çıxış yolunu bunda axtaran rəhbərliyin tapşırığı ilə tribunalarda qalan digər azarkeşlərə də barmaq silkələyən polislər "istefa" qışqıracaqları təqdirdə, onlara da stadiondan uzaqlaşdıracağı ilə bağlı xəbərdarlıq edib.
Bu, rəhbərliyin "Neftçimaniya"ya qarşı atdığı 3-cü belə addımdı. Mövsüm başlayandan hər tur "Neftçimaniya"nı stadiondan bayıra atdırmağa nail olan rəhbərlik bununla da "Neftçi" azarkeşlərini komandadan küsdürməyə və uzaqlaşdırmağa çalışır.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol