10:32 05.12.2019 1859

"Qəbələ" akademiyası ilə birgə xilas edilməlidir!

Tahir Süleymanov

Daha bir iddialı klubumuz can üstədir.

Davamlı oxucularımız bilirlər, hələ 5-6 il öncə indiki vəziyyətin yaşanacağını əsaslandıraraq, təhlil edərək bildirirdik. Onu da qeyd edirdik ki, "Qəbələ" şuralaşmaya boyun əyməyən iki iddialı klubdan biridir...

Avroliqadakı qrup uğurlarının əsas səbəblərindən biri klubun müstəqilliyini qoruyub saxlaması idi. Avropadakı nəticələr ömürlərini uzadırdı. Belə durumda "Qəbələ"nin çökməsi ictimai rezonans doğurardı...

Qəbələ tarixi futbol ənənələrinə malik deyil. Dövlət Proqramının qəbulu ilə şəhərə böyük futbolu gətirən təsisçi-sponsorlar oldu. Heç bir şəraiti olmayan bölgədə planlı olaraq möhtəşəm futbol infrastrukturu yaradıldı...

Əsas komanda ilə yanaşı "Qəbələ"nin uşaq-gənclər futbolunun inkişafına xüsusi diqqət ayırması, müasir tələblərə cavab verən akademiyanın yaradılması, kompleks olaraq infrastrukturun qurulması klubla yanaşı ölkə futbolunun gələcəyinə də bir töhvədir...

Çox vaxt "klublar pul qazanmalıdır, özünü dolandırmalıdır, sponsorlardan asılı olmamalıdır və s." bu tipli fikirlər səslənir. Dünya futbolunda isə klubların ayaqda durması, təmin olunmasının mütləq faktorları var...

Bu, çox vaxt tək klubların özündən asılı olan məsələ deyil. Müxtəlif ölkələrdə iqtisadi-siyasi durum, milli federasiyalarda futbola yanaşma tərzi, milli mentalitet kimi amillər öz təsirini göstərir. Bunlar təhlil edilməlidir...

Hətta öndə olan futbol ölkələrində fərqli addımlar atılır. Ingiltərədə, Fransada, qismən İtaliyada abramoviçlərə, ərəb şeyxlərinə, digər əcnəbi milyarderlərə klublara yiyələnmək üçün şərait yaradılır, ölkə, futbol qanunları ilə tənzimlənir. Əks halda Avropada rəqabətə dözməkləri çətin olar...

Almaniyada, İspaniyada bir fərqli futbol sistemidir, Rusiya, Türkiyə kimi ölkələrdə bir başqa... İstənilən halda futbol industriyasında 4-5 mütləq faktor olmadan, bunları həyata keçirmək demək olar ki, mümkünsüzdür...

Sponsor, televiziya, bilet satışlarından, marketinq fəaliyyətindən, futbolçu transferlərindən gələn milyardlar sayəsində futbol inkişaf edir, sərmayələrin cəlb olunmasına şərait yaradılır...

Azərbaycan mühitini, futbolunu böyük ölkələrlə müqayisə etmək doğru olmaz. Heç Portuqaliya, Hollandiyanın top-klubları artıq nəhənglərlə ayaqlaşa bilmirlər. Buna görə də fərqli futbol yolu seçilib. Bütün dünya böyük 5-lik ölkələrinin futbol donoruna çevrilib...

Xorvatiya, Çexiya, Macarıstan, Slovakiya və s. buna uyğun futbol ölkələrinin nümunələri var. Azərbaycan futboluna son 10-15 ildə yatırılan vəsait, bu ölkələrdən qat-qat çox olub. Və cəlb edilən sponsorlar Dövlət Proqramı çərçivəsində həyata keçirilib...

Yuxarıda qeyd olunan futbol industriyasının mütləq 4-5 faktorunun demək olar ki, heç biri Azərbaycanda yoxdur və buna ümid etmək utopiyadan başqa bir şey deyil. Əksinə, futbol cavabdehləri üçün daha rahat, mövcud şəraitə uyğun əlverişli durum yaradılmışdı...

Heç bir əziyyət çəkmədən milyonlar futbola axır, xalqın, dövlətin vəsaiti ilə yanaşı tövsiyyələrə uyğun imkanlı sponsorlar da cəlb edilirdi. Qalırdı futbol təsərrüfatını nizama, qaydaya salıb inkişafı təmin etmək...

İnkişaf əvəzinə "dağıt-hökm sür" təfəkkürü futbol beyinlərinin iliyinə kimi işlədi. Monopoliya, şəxsi məqsədlər, inkişafı, stabilliyi təmin edə biləcək futbol qanunlarının tətbiq edilməməsi, klublar tərəfindən az-çox qurulan infrastrukturu da məhv etdi...

Futbolda dağıdıcı mühitin formalaşmasına görə ikinci Dövlət Proqramı da 4 ildir gecikir, qəbul edilmir. "Bakı"nın yaratdığı akademiyanın aqibəti bəllidi, "Qəbələ" akademiyası da "can verir". Lənkəran, İmişli, Yevlax, Zaqatala stadion-bazaları yaddan çıxıb artıq...

Əgər bir-iki klub dağılsaydı, bu, birbaşa onların günahı olardı. Mövcud maliyyə imkanları ilə kütləvi halda klubların məhvi, əsasən futbol sisteminin yararsızlığının nəticəsidir. İkili müqavilələr, mənasız futbol layihələrinin iflası klublarla yanaşı ölkə futbolunu da çökdürdü...

Klublar futbol sisteminin tərkib hissəsidirlər. Qəbul edilən futbol qərarlarına tabe olmaq məcburiyyətindədilər. Şuralaşma, klubların işinə müdaxilə, təzyiq fonunda belə fərdi olaraq müsbət işlər görülürdü. Nəticələrlə yanaşı işlək mexanizm, akademiyalar da qurulurdu...

"Klublar futbolçu yetişdirməlidir". "Günah klublardadır". Bir tərəfdə nəsli-kökü bilinməyən milliləşdirilən legionerlər, afrikalı yeniyetmə-gənclərin "yetişdirilməsi", çiçəklənməsi, digər tərəfdə "Qəbələ" və ölkə futboluna bacarıqlı gəncləri bəxş edən akademiyasının yol üstə olması...

Nə kəramətdisə, ölkə futbolunu düşünənlər hamısı sıradan çıxır, daha doğrusu çıxarılır. Bu, tək futbola qarşı deyil, ölkəyə, dövlətçiliyə, xalqa qarşı da yönələn düşmənçilik addımlarıdır...

Uşaq futbolundan, akademiyalardan çox danışılır. Hər kəs bilməlidir, klublarsız akademiyalar ən yaxşı halda "polufabrikatdır".

Futbolçu akademiyanı bitirəndən sonra hara getməlidir?! Bir-ikisi getdi xaricə, digər klublara, bəs qalanlarını hansı aqibət gözləyir...?!

Elə bu günkü "Qəbələ" buna nümunədir. Əsas heyətdə çıxış edənlərin əksəriyyəti akademiyanın yetirmələridir. Digər bölgələrdəki kimi, klub olmasaydı, nə edəcəkdilər? İllər itirilib, futbol genefondu məhv edilib. Tarix boyu ölkə futbolunu istedadlarla təmin etmiş Gəncə "Kəpəz"ə yerli, keyfiyyətli futbolçu tapa bilmir...

Tək akademiya yox, klub(lar) yaşamalıdır. Böyük futbol, keyfiyyəti təmin etmək şərtilə, konveyer kimi çalışmalıdır. İnfrastruktur, uşaq futbolu, klublar, milli, legioner həyatı, Avropada nəticələr... Ancaq bu ardıcıllıqla futbol inkişaf edə bilər...

Bunun üçün futbola baxış dəyişməlidir. Region Liqasında top, forma, meydança dərdi çəkə-çəkə, uşaq liqalarında texniki məğlubiyyətlərlə futbol inkişaf edə bilməz. Kütləvilliyin, həvəskar futbolun öz yeri var, böyük futbolun öz tələbləri...

Bakıya bitişik Sumqayıtı nəzərə almasaq, yeganə bölgə klubu "Qəbələ" akademiyası ilə birgə xilas edilməlidir. Futbolu ələ alanlar tərəfindən ələ alınmamalıdır, xilas edilməlidir. Xilas edilməlidir ki, digər bölgə klublarımız da geri dönsün...

Geri dönsünlər ki, əsl futbol yanaşması, düşüncəsi ilə afrikalılar, mənasız milliləşənlər, "dır-dır" oynayan təqaüdçü essyenlər əvəzinə yeni-yeni bəhlullar yetişsin...
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
19:17

MPL: "Səbail" "Qəbələ"ni məğlub edir - YENİLƏNİR

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

Facebookdan bizi izləməyi unutmayın.
X