15:07 11.12.2019 3276

“3D” - Dərinlik, genişlik, yüksəklik salamı – “Süni tənqidçilər"dən

 

 

 

Ölkədə islahataların gündəm olduğu bir dövrdür. Demək olar ki, ictimai qınağın oduğu əksər sahələrdə kadr dəyişiklikləri baş verir. Sözügedən reformda KİV-in də üzərinə böyük məsuliyyət düşür. Öncəki yazılarımda qeyd etdiyim kimi, TV-lərin bu sahədə aktivləşməsi, ekranlara müzakirə platformalarının qayıtması ilə üstünü toz-torpaq basmış problemlər üzə çıxarılır. Nəyi pisdi ki? Kimləri narahat edə bilər ki? O kəslər narahat ola bilər ki, islahat, kadr dəyişikliyi deyəndə kürkünə birə düşsün.

Bəli, qeyd etdiyim müzakirə platformaları ilə bağlı İTV (İctimai Televiziya) son zamanlar ən baxımlı kanallardan biridir, birincisidir. Sözügedən kanalın "3D” verilişi də qısa zamanda kifayət qədər auditoriya toplamağı bacarıb. Sahələrində nöqsanları aşıb-daşanlar "islahat” sözündən necə qorxurlarsa, "3D”- nin efirindən də o qədər qaçırlar.

Uzun sözün qısası, bir müddətdir ki, verilişə dəvət alan, amma yayınmağı bacaran AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət, İTV ekranlarında göründü.

İdman ictimaiyyəti üçün Həbib – MakGreqor döyüşü qədər maraqla gözləninlən "qarşılaşma” gerçəkləşdi. Kifayət qədər maraqlı alındı. Düzdür, açıq qalan, "kontur” sualların olmaması da nəzərə çarpırdı. Bununla belə, baş katib vəziyyətdən çıxa bilmədi. Öyrəşdiyi kimi, əvvəldən hazırlanmış və ya xəbərdar olduğu suallar olmayınca, AFFA rəsmisinin dili tutuldu, danışa bilmədi. Əvəzində ağ yalanla yox ha, qırmızı yalanlarla vəziyyətdən çıxmaq üçün çabaladı. Necə olur ki,"CBCsport”un efirində birnəfəsə 10-15 futbolçu adı çəkən adam, bu verilişdə üçüncü adda "tüstülədi”? "Baş katib razılaşdırılmış, xəbərdar olduğu sualları cavablandırır” iddiasına bu fakt deyilmi? Üç futbolçu adını ard-arda deyə bilməyən, Elxan bəy, necəsiz? Yenə vəzifənizin komfortundan razısız? Həmin sualın özü sübut edir ki, cənab Məmmədov qəfil suallarla "tet a tet” qalmışdı. Və həmin suallarla da "döyüldü”.

Başa düşürəm, verilişi bəyənməyənlər də olacaq, nöqsan tutanlar da. Normaldı. Müzakirə olmalıdı. Qonaq spesifik sahəni təmsil edir.Bunun üçün daha yaxşı hazırlaşmaq vacib idi. Kifayət qədər də zaman olub. Sualların "çəki”sinə gəlincə, burda susmaq daha məqsədəuyğundu. Qırxı çıxmamış o məşhur müsahibəni və ya brifinqi tirajlayanlar, bu müsahibədə nə nöqsan tapa bilər ki?

Nə isə...

Zamanı var... İctimai qınağın çox olduğu sahələr diqqətdən kənarda qalmayacaq. AFFA-ya da növbə çatacaq. Komitə-komitə, məktəb-məktəb, layihə-layihə oyunlarına da son deyiləcək. O günə qədər futbol ictimaiyyəti rəngi getdikcə tündləşən yalanlarınıza dözməyə məhkumdur, yoldaş Məmmədov.

Ətrafınıza da salam deyin!

Əli Sahib
Fanat.Az

 

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
20:30

MPL: "Neftçi" "Şəfa"nı sınağa çəkir - YENİLƏNİR

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

Facebookdan bizi izləməyi unutmayın.
X