23:30 18.01.2020 3703

"Zapılar" günahkar deyil

Tahir Süleymanov


Hər bir klubda peşəkar addımlarla yanaşı sağlam mühitin yaradılması, formalaşması, gələcək qələbələrin, uğurların müjdəçisidir. Köklü, iddialı, tarixi klublarda isə, hər bir incəliyə fikir verilməsi mütləqdir...


"Sumqayıt"la növbəti kubok faciəsindən sonra bahalı "inomarkalarda" gəzib-dolaşıb, yaxşıca yeyib-içdikdən, istirahət edib qayıtdıqdan sonra, mədəni dillə desək, Bordinin səsli gülüşləri ilə nasaz "maşının" "qapazaltı" olması ictimaiyyətə təqdim edildi. Komandanın hansı gününə gülünür...?!


Bu cür "təbliğat", "pereboy" işləyən maşının necə idarə olunduğunu göstərir, komandaya münasibəti formalaşdırır, qarşıdakı oyunlara anti-zəmin yaradır. Futbol psixologiyasını dərindən bilməyənlər elə düşünürlər ki, yaxşı bir iş görürlər, klubdakı "sağlam" atmosferi ictimaiyyətə göstərirlər...


Klub/komandanı lağ-lağıya çevirənlər "Maşınsazi"dən gələn futbolçuya, "boyunu yerə soxmayasan, maşınımız "saz" deyil, hara gəlmisən?" mesajını verdi. Yeni gələn də "maşının" heç "traktor" olmadığını elə ilk yoxlama oyununda əyani görmüş oldu...


Klub rəhbərliyi, nasaz maşını "sığortalaya-sığortalaya" kütlə psixologiyasına işləyib millətin başını qatır, reallıqda isə Dario vaxtilə etiraz edib "maşının" qapısını rəsmilərin üzünə çırparaq gedib-qayıtdıqdan sonra, indi də başı baş "sürücü"yə "maşını düz sürmürsən" deyib.


Monroz nasaz maşında "texpasportunu" itirir, ödənişli Platellasa ön sıralarda "sideniya" tapılmır, "baqajda" saxlanılır, "Maserati" adıyla "palaturka" liqasından gətirilmiş Sansoneyə qurban verilən Mirabdulla, Bayıl "astanovka"sından yenidən "maşına" mindirilir...


Petrov rahat "oturacaqda" oturduğuna görə "maşından" düşürülür, "xoş getdin" deyilir, hər "dayanacağa" 5 dəqiqə qalmış qapı ağzına keçib "konduktorluq" edən Mboj, ukraynalının yerində, artıq özləri üçün "otuzdurulur"...


Canını komandaya fəda edən fanatları Dabo, "peredoku" tökülmüş maşının pəncərəsindən təhqir edir, rəhbərlik isə "dalni faraları" azarkeşlərin üstünə yönəldir, gözlərini qamaşdırır, fransızın 20 dəqiqəlik "pavorotnikini" yandırır...


İngilis direktor "paçkalar" qazana-qazana, "badımçan" taksilərində gəzə-gəzə, Bakını seyr edə-edə kef edir, qəpik-quruşa işləyən, maşının altını-üstünü təmir edən yerli məşqçilərin yetişdirdiyi Musa Qurbanov atasının yanına, hazır "maşını" sürməyə göndərilir...


İşlək mexanizm, saz maşından çıxmış Rahil Məmmədov "Qarabağ"da çempionluqlar yaşayır, "kardannı val"ını itirən nasaz maşın isə, afrikalı gəncləri bəsləyir, klub/milli, havadarları üçün gələcək "rulevoy"lar düzəldir...


"Motor" artıq yağ yeyir, üst-başı bulaşır, "maşın" qara tüstülərdən görünməz hala salınır... Rəhbərlik də ehtiyatda oturan bir ödənişli legionerin 1-2 aylıq maaşına bərabər "sponsorluq" müqaviləsi ilə "palirovkalı" kastyumlar geyinməyə hazırlaşır...


Şura höküməti hər 3-5 aydan bir yığışıb maşının "lyukunu" açır, "salonu" havalandırır, 5 ildi konfrans əvəzi iclaslar keçirə-keçirə komandanı UEFA-nın yeni Konfrans liqasına hazırlayır. Qəzaya uğramış maşında yerə tökülmüş "şuruplar", "ölüxana"da qırılmış "podyomniklər" axtarılır...


Prezident/v.-prezident/direktorlar nasaz maşının yaxşı yeriməsi üçün "yeyilmiş təkərləri" dəyişmək haqda "usta"lıq edir. Dərk edilmir ki, elə sütun-"təkər"lər özləridir. Hər dəfə rəqiblərin ağır "abqonlardan" sonra "yük maşınlarının" arxasında gizlənməklə maşın yeriməz...


Təsisçilər hər dəfə onlayn rejimdə nasaz maşının "elektronikasını", "beynini" yoxlayır, xarab olmuş "pravadaları", "zapçast"ları axtarır. "Beyinlər" isə özləridir/özləri olmalıdır. Maşının "kompüter" sistemi yerində olmalı, dolaşmamalı, vaxtında müəyyən edib "uqar" basmış "sveça"ları dəyişməlidir...


Klubun xüsusi "diaqnostika mərkəzi" isə xarab "detal" axtarır. Gətirdikləri "audi" əvəzi "zaporojets"ı qaralayıblar. Baxmayaraq ki, gələn gündən heç "velosiped" də olmayacağını bildirmişdik. "Zapı" da elə-belə "zapı" deyil, maşının "sanremo" "siqnalizasiyasına" bir barmaq "like" qoyasan, feyziyab olub gedə...


Komanda qalıb bir tərəfdə, qırmızı işıqforda maşını kim(lər) "sürüb-çapıb", xarab edib davası gedir. Günahkar sürücü axtarılır. "İmportnu" "zapı"nı "inomarka" qiymətinə kluba sırıyanlar yeni planlar cızır. "Kapotu" açıb "yağını" da dəyişə bilmirlər...


Palçıqda yaşıl işıq nədi, şüşələrin lilindən "şüşəsilənlər" də çatdırmır, "baçok"da su da tükənib, heç "svetaforun" neytral sarısı da görünmür artıq... 8 cərgəli birtərəfli rahat futbol yollarında Sumqayıt-Bakı "probka"sında ilişib qalınıb...


Görünən, artıq "motorun" neçə ildi "stuk" etməsidi. Ayrılan pullarla isə, komandanı "optovoy" ferrarilərə, maseratilərə, audilərə çevirmək olardı. Elə, "San Siro"da "doqquzluğa" vurulan "ox" kimi. Bunun üçünsə, maşını düzəldən əsl ustalar gərəkdır...


Nasaz maşında futboldan da böyük dərd var imiş, milli dərd. Qanı bir, canı bir legioner, doğma təbrizlimiz, doğma paytaxtımızda, doğma dilimizdə danışacaq, "stuk" eləmiş "motorxanada" "zapı"yla 3 mərtəbəli tərcüməylə üzləşəcək...


Düşmənlər "Tobol"da saz maşının yetirməsi Emil Balayevi şaxtalı yollarda "tupikə" salıb, nasaz maşındakılar heç olmasa mənəvi, milli adına yetirməsinə sahib çıxmır, yumşaq oturacaqlarda qara "plyonka" arxasından gözləri görmür...


"Maşınsazi"ni də vaxtilə çalışdırmış Böyükağa Hacıyev yaxşı demişdi: "Neftçi hazır maşındı, benzinini tök, sür". Saman çöpündən yapışanlar isə saz maşını heç "traktor" kimi də sürə bilmədilər. "Maşın bakı" deşilib, "zapravkalarda" ancaq "personalnı" maşınların bakları dolur...


Təlim-məşq toplanışlarında məğlubiyyətlər ola bilər, problem deyil. Problem, nasaz maşını ustalara göstərmək əvəzinə, bəhanələrlə parıltılı, "kraska"lı, "palirovkalı" göstərilməsidir. Autsayder rəqib də Antalyada çempionat oyunu keçirmir... Belədə artıq "benzin" yandırıb niyə qələbə qazanılsın ki?!


Qələbələr-komanda/maşının özünəinamını artırır, "qırmızıda" ilişməmək üçün taktiki "yol qaydaları", "perevalların" keçilməsi mənimsənilir. Xətlərarası "porşin"lər yağlanır, yerindən "farsaj"la hücumların kəsəri, "tormoz"la müdafiənin möhkəmliyi, avtomat "karobka"sı tənzimlənir. Yeri gələndə, mexaniki "lider-korobka" da oyunu özü üzərinə götürür...


Yaddan çıxarılır ki, qarşında maşın sistemini mükəmməl bilən ağdamlılar dayanıb. Maşına baxan kimi, "zamoku" açan kimi, rəngindən tutmuş əyləc sisteminə kimi necə işlədiyini əzbər bilirlər. Onları qabaqlamaq üçün, maşının sazdan da saz olması vacibdir...


"Neftçi" böyük klubdur! İllərdi "Neftçi" adlı maşın sübut edir ki, klubu "qapazaltı" etmək istəyənlər, sonda özləri qapazaltı olub yola salınır. Flaqman zarafatı, lağ-lağını sevməz, yaşına, nüfuzuna uyğun ağsaqqallıq, ağırlılıq, əməldə söz sahibliyi, adına layiq uğurları olmalıdır...


Saz maşına gətirilən "zapı"lar günahkar deyil, günahkar(lar) onları kluba sırıyan, "zapı"nın matorunun arxada olmasını bilməyən naşı "usta"lardır.

 

"Boks"larda əsaslı "remonta" ehtiyac var. Motoru arxada olan "zapı"larla isə, ancaq müdafiədə oturub "tırıllaya-tırıllaya" 4 qapının hamısını taybatay açıq saxlamaq olar...

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X