19:56 04.05.2020 11611

Fanatofobiya

Nihat Ağasoy
 
Durğunluq dönəmində futbolumuzun problemləri haqda düşünməyə daha çox vaxtımız olur. Təbii, həyat bu idman növü olmadan da davam edir. Amma öz axarı ilə yox...
 
Əslində topun işığına yığışanların hər biri ruhunda heç olmasa, bir çimdik romantika gəzdirən azarkeşdi. Şübhəsiz, haqq etmədiyi halda, böyük "klreslolara yapışdırılanlar”ı nəzərdə tutmuram. Belələrinin idman mühitinə hardan, necə və niyə gəldiyi hər kəsə bəllidi. "İdmanın şahı”nı vəzifə və qazanc güdmədən gündəlik həyatının bir parçasına çevirənləri, onunla qolboyun yaşamaqdan zövq alanları deyirəm. Hakimiyyətin və gücün deyil, ədalətin yanında olan media mənsublarını, alın təri ilə futbolçu yetişdirən məşqçiləri, Vaqif Cavdov demişkən, oyun satmağı  ana satmaq sayan futbolçuları,  şərəfini itirməyən hakimləri, vicdanlı funksionerləri  və bu qəbildən olan başqa futbol adamlarını... 

Məntiqlə, futbolu sevməyənlərin özünə başqa peşə tapması daha ədalətli olar. Amma fani dünyanın öz fahişəlikləri, öz oyunları var. Nədənsə çox vaxt ot itin, ət də atın qabağına qoyulur...

 Sükanı bu işi bilməyən adamların əlində olan Azərbaycan futbolunun da problemləri çoxşaxəli, göründüyündən daha dərindi. Çatışmazlıqlar haqda ümumi danışmaq asandı. Hərəsini ayrı-ayrılıqda dəyərləndirmək, qorxunc reallıqları qabartmaq isə fanat-yazarların mənəvi borcudu.

Fanatofobiya Azərbaycan futbolunun ən gülünc bəlalarındandı. Səbəb sadədi: tribunalara lazım olandan çox tərəfdar toplaşması futbol hakimiyyətinin arzulamadığı mənzərədi. Tutaq ki, bölgədə yaradılmaq əvəzinə, "Bakı birinciliyi”nə növbəti paytaxt təmsilçisi kimi atılan "Səbail”in 100 yox, 10 min sadiq azarkeşinin olması "yuxarılar”da istər-istəməz böyük xof yaradacaq. Çılğın tərəfdar qeyri-peşəkar idarəçiliyin, yanlış transferlərin səbəbini kabinetlərin meşin qapısı arxasında növbəyə duraraq yox, elə tribunada soruşacaq. Etiraz edəcək, kimlərinsə tapşırığı ilə komandaya götürülən lazımsızların başına alışqandan tutmuş telefona qədər yağdıracaq, üstəlik, rəhbərliyi istefaya da səsləyəcək...

Tribunada xırda xuliqanlıqlar etmək, azad şüarlar səsləndirmək, lap hansısa oyunçunu və ya məşqçini məsxərəyə qoymaq da əsl fanatın simasını müəyyənləşdirən xüsusiyyətlərdi. Oturacaqlar sındırılmırsa, petardalar guruldamırsa, meydana kənar əşyalar atılmırsa, deməli, bizdə hər şey "kos-kos" səviyyəsinə düşüb. Yerli çempionatın emosiyaları donub desəm, daha dəqiq alınar... Fanat yoxdursa, futbol da yoxdu! Klublar hər mövsümdə azarkeşlərinə görə azı 100 min xərcə düşmürsə, gələcəkləri böyük sual altındadı! Dövlətçiliyə qarşı hər növ təxribatlardan, milli və irqi ayrıseçkilikdən başqa, azarkeşin tribunada hər şeyə ixtiyarı var! Yazılmamış qanunlar prizmasından yanaşsaq, birini qaralayıb birağızdan söyməyə də!

Təbii, haqqında danışdığımız tərəfdarlar dönər və kola qarşılığında stadionlara gətirilən, klublar tərəfindən idarə olunan qruplardakı azyaşlılar deyil. Heç Azərbaycan futboluna qeyri-ciddi imic qazandıran qorxaq futbol funksionerlərinin kurasiyasında olan tribuna adamlarından da danışmıram. Nə qədər qəribə səslənsə də, azarekeş mədəniyyəti elə çılğınlıq, təpki göstərmək bacarığı, haqqını istəyə bilmək deməkdi. Milli matçlarda, avrokubok oyunlarında bir araya gələn yerli kütlə Premyer Liqa qarşılaşmalarına da yönəldilə bilər. İstəsələr, bu istiqamətdə işlər apara, uzağı 2-3 il ərzində yerli çempionatın tərəfdar problemini aradan qaldıra bilərlər. İstəyirlərmi? Əsla!

İstəsələr, Gəncədə möhtəşəm "Kəpəz”, Lənkəranda "Xəzər”, Tovuzda "Turan” lap yeri gəlsə, Sabirabadda da "Suqovuşan” olar! Bütün digər məsələlər sonrakı işdi. Fanatafobiyadan qurtulmaq isə ilk addımdı.

P.S. Azərbaycan türkcəsində FANATOFOBİYA sözü yoxdu. Ancaq ölmək qorxusuna TANATOFOBİYA deyiriksə, FANAT ordusu görəndə kürkünə birə düşənlərin hamısı üçün FANATOFOBİYA da var.
 
Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X