13:42 01.09.2020 1149

Banişevskinin Ukraynada oynayan nəvəsi – VİDEO

Azərbaycan futbolunun və "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevski Ukraynada peşəkar futbolla məşğuldur. O, 2011-ci ildə "Neftçi”nin akademiyasında 9 nömrəli forma altında çıxış edib.

Hazırda Ukraynada yaşayan Banişevski Azərbaycanda "Neftçi”dən sonra bir neçə klubda, həmçinin Litvada oynayıb. Hazırda o, Ukrayna ikinci liqasında yarışan "Niva” komandasının formasını geyinir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov qeyd edib ki, Əli Banişevskinin yaşıl meydana qayıtmasında Ukraynada Azərbaycan diasporunun qurucularından olan xeyriyyəçi iş adamı Oktay Əfəndiyevin böyük rolu olub: "O, diasporun bütün sahələrinin inkişafı üçün çalışır. Bu yaxınlarda pandemiya səbəbindən Ukraynada çətin vəziyyətə düşmüş soydaşlarımıza verdiyi dəstəyə görə Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.



Ümumiyyətlə, idman sahəsinin inkişafı diasporumuzun prioritet istiqamətlərindəndir. Buna görə də yaranmış uğurlu fürsətdən istifadə edərək bir neçə gün öncə Əli Banişevskinin diasporun aparıcı şəxsləri ilə də görüşləri tərəfimizdən təşkil olunub. Ukraynada idman sahəsində soydaşlarımızın qazandıqları uğurlar Azərbaycan diasporunun təbliğatında mühüm faktordur”.

"BakuPost” saytı Əli Banişevski ilə əlaqə saxlayaraq onun qısa müsahibə edib.

- Sənin futbol karyeran Ukraynadan kənarda başlayıb. İlk təcrübən məhz harada olub?
- İlk dəfə Azərbaycanın paytaxtı Bakıda "Neftçi”də oynamışam. Bundan başqa, Azərbaycanın digər klublarında da çıxış etmişəm.

- Əli, hər oyundan sonra sənin haqqında xoş təəssüratlar yaranır. Və hər qələbədən sonra baban Anatoli Banişevski yada düşür…
- Harada və necə oynamağımdan asılı olmayaraq, babam Banişevski hər zaman gözəl xatırlanır. Mən isə öz növbəmdə sözsüz, mükəmməl oynamalıyam.

- Yəqin ki, həyatının futbolla kəsişdiyini bilsəydi, baban da səninlə fəxr edərdi. Bir müddət futboldan uzaq qalmışdın. Bundan sonrakı planların nədir?
- "Niva” komandasına demək olar ki, bir aydır gəlmişəm. Hələ ki, güc yığıb, özümü bir az da təkmilləşdirməliyəm. Çox peşəkar komanda ilə işləyirik. İlkin məqsədimiz vilayətin çempionu olmaqdır. Daha sonra isə yüksək nəticə əldə etmək üçün bütün gücümüzlə çalışacağıq. Yeri gəlmişkən, yerlim, azərbaycanlı Oqtay Əfəndiyev soyadımı eşidən kimi məni komandaya dəvət etdi. Buna görə bir daha minnətdarlığımı bildirirəm.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

Facebookdan bizi izləməyi unutmayın.
X