09:34 05.12.2020 909

"Səbail"in legioneri: "Meydanı başıuca tərk etdik"

"Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Burada çox yaxşı komandalar var".

Fanat.Az xəbər verir ki, bunu "Səbail" klubunun futbolçusu Bəxtiyar Rəhmani İranın "varzesh3.com" saytına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi komandasının Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığını bildirib: "Azərbaycan Premyer Liqasında yaxşı futbolçular çıxış edir. Əməkhaqqı isə çox yüksəkdir. Hər bir klub avrokuboklara düşməyə çalışır. Həm texnika, həm də futbol baxımından çox peşəkar və çətin liqada çıxış etdiyimi vurğulamaq istəyirəm. Bu, mənim üçün, həqiqətən, çox yaxşı futbol çağırışıdır".

Təcrübəli oyunçu gələcəkdə daha çox iranlı futbolçunun Azərbaycan çempionatına gələcəyinə ümid etdiyini söyləyib: "Onlar Premyer Liqadakı keyfiyyəti, burada oynamağın nə qədər əyləncəli olduğunu görəcəklər. Azərbaycan Premyer Liqası Avropa səviyyəli çempionatdır. Hazırda burada 5-6 həmyerlim çıxış edir. Peyman Keşəvarz mənimlə eyni komandadır. Onunla "Traktor"da birlikdə oynamışam. Texnikalı oyunçudur. Onu çox sevirəm. Gələcəkdə onun haqqında daha çox eşidəcəksiniz".

İran millisinin sabiq üzvü Premyer Liqanın XI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Çox çətin oyun oldu. Əsas komandadan bir neçə futbolçumuzda koronavirus aşkarlanıb. Buna baxmayaraq, parlaq oyun göstərdik. Hətta qələbə də qazana bilərdik. Sonda 1 xala razı olduq. "Qarabağ" kimi rəqiblə matçda bu da yaxşı nəticədir. Ən zəif oyunçumuz 12 km qaçmışdı. Ona görə də meydanı başıuca tərk etdik. Rəqib heyətindəki futbolçuların sayəsində topa daha çox nəzarət etsə də, bizim fərqlənmək üçün çoxlu sayda imkanımız oldu. Amma qələbə qolunu vura bilmədik".

Rəhmani "Qarabağ"ın çempionatdakı digər komandalardan üstün olduğunu vurğulayıb: "Digər klublar eyni səviyyəlidir. Onlar da xeyli pul xərcləyib yaxşı futbolçular alıblar. Amma "Qarabağ" digərlərindən fərqlənir. Çünki bu komandaya dövlət də dəstək verir. Yüksək səviyyəli oyunçuları var. Onlar nəticə qazanmaq üçün oynayırlar". (Report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X