"Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis ölkə xaricinə çıxmağa risk etməyəcəklərini bildirib: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundu".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol