13:51 27.12.2020 1138

“Keşlə”nin ekzotik transferi: 6 ilə 4 qitə, 8 ölkə dəyişən “karate ustası”

"Keşlə” gözlənilən transferlərdən birincisini reallaşdırdı. Növbətilərin də fərqli olmayacağına sizi əmin edə bilərik. Klubun indiki idarəçilərinin bu yolu tutacağı əvvəlcədən bəlli idi. Komandanın əcnəbiləri məhz buna görə erkən yola salınır, heyət boşaldılırdı.

Bakılılar yüksək məbləğə sıradan futbolçuları heyətə qatmağı planlaşdırır. Bu yolla 6 milyonluq büdcəni dağıtmaq daha rahat olur. Belə oyunçular yayda növbəti dəfə yola salınacaq və yeni transferlər, yəni əlavə asan qazanc üçün şərait yaranacaq. Dünən gətirilən Anatole Abanqla 1 illik müqavilə bağlanması da buna hesablanıb.

Kamerunlu lazımlı və uzun müddət fayda verəcəyinə ümid edilən oyunçu olsaydı, onunla azı gələn mövsümün sonuna kimi anlaşma imzalanardı. Qışda imzalanan birillik müqavilə isə onunla yayda yolların ayrılacağını ehtimal etməyə əsas verir. Ən geci gələn ilin sonunda – mövsümün ortasında ya bu futbolçu ilə yeni bazarlıq ediləcək, ya da onun kimi bir başqasının alınmasına baş qatılacaq.

24 yaşlı mərkəz hücumçusu uğursuz transferdi. Son olaraq Moldovanın "Şerif” klubunda oynayan Abanq buna qədər Çinin "Nantoq”, ABŞ-ın "Nyu York Red Bulls”, Rumınıyanın "Astra”, Finlandiyanın SJK, Danimarkanın "Hobro” və Kamerunun "Reynbou” klublarında çıxış edib. "Keşlə” peşəkar karyerasına 2014-cü ildə başlayan futbolçunun 8-ci klubu olacaq.

6 ilə 8 klub dəyişən biri heç vaxt ciddi transfer sayıla bilməz. Onun 4 qitə və 8 ölkə dəyişməsi də futbolçudan çox "menecer oyuncağı” olmasını göstərir. Bu yay "Şerif”ə yollanan və cəmi 6 aydan sonra 10 matç keçirdiyi Moldova təmsilçisindən ayrılan oyunçunun mütləq xarakter problemi də var. Belə birinin söyüşü gündəlik ünsiyyət vasitəsi kimi istifadə edən Zaur Axundovun komandasında uzun müddət qalması mümkünsüzdü. Təkcə 2020-də 5 legioneri yarım ili bitməmiş yola salan "Keşlə”nin prezidenti Abanqı da eyni üsulla yola salacaq.

Keçirdiyi 110 matçda 35 qol vurması hücumçunun keyfiyyət göstəricisi ola bilməz. Abanqın hansı səviyyəyə malik olduğunu bircə epizodla qiymətləndirmək kifayətdi. Bu yay "Qarabağ”la Bakıdakı avrokubok matçında Anatole 37-ci dəqiqədə qırmızı vərəqə alaraq tiraspolluları çətin vəziyyətdə qoymuşdu. Onun meydandan qovulduğu an isə gülüşə səbəb olmuşdu. Hücum zamanı Bədavi Hüseynova adi epizodda karate fəndi işlədən kamerunlu məsuliyyətsizliyini ortaya qoymuşdu (videoda həmin anı xatırlaya bilərsiz – red.).

Nədənsə belə oyunçular həmişə Ceyhun Sultanovu "tapır”. "Keşlə”nin yeni idman direktoru "Neftçi”də işləyərkən də bu cür keyfiyyətsiz futbolçuların transferi ilə ad çıxarmışdı. Qısa karyerası ərzində həddindən artıq çox komanda dəyişən, müqavilə bağladıqdan 6 ay sonra qovulan onlarca futbolçu saya bilərik. Flaqmanda bircə matç keçirib qovulan Petru Raku onlardan yalnız biridi. Maraqlıdı ki, o da Sultanovun "hansısa məqsədlərlə” daim əməkdaşlıq etdiyi "Şerif”dən gəlmişdi. (Futbolinfo.az)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X