Futbol üzrə Azərbaycan I Divizionda X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.
Premyer Liqaya iddialı "Kəpəz" aşkar utsayder olan "Zirə-2"nin qapısına 2 qol vursa da, bu, 3 xal üçün kifayət etməyib. "Qərb təmsilçisi"nin üzvü Tural Rzayev penaltidən yararlana bilməyib.
Keşlə-2" - "Turan Tovuz" matçında tərəflər hərəyə bir dəfə fərqlənib 1 xalla kifayətləniblər. Günü yalnız son çempion "Neftçi-2" qalibiyyətlə başa vurub.
1 dekabr (çərşənbə)
“Kəpəz” – “Zirə-2” 2:2
Qollar: Emil Qasımov, 11, Nicat Süleymanov, 77 - Samir Ağayev, 26, Məhəmməd Səfərov, 34.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu, 14:00 (pfl.az/canlı)
“Neftçi-2” - “Səbail-2” 2:1
Qollar: Famil Camalov, 23, Emin Zamanov, 46 - Nikolas Raysel, 60.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00
“Keşlə-2” – “Turan Tovuz” 1:1
Qollar: Elnur Süleymanov, 55 - Rövşən Şahmuradov, 31.
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 14:00 (pfl.az/canlı)
Qeyd edək ki, turun qalan oyunları dünən keçirilib: “Qaradağ Lökbatan” – “Sabah-2” 3:2 (Sabir Allahquliyev, 7, 90, Həbib İsmayılov, 58 - Kamran Quliyev, 22-pen, Fərid Kərimzadə, 24 (“Qarabağ-2” – “Zaqatala” 1:1 (Əli Nəcəfli, 43 - Maqsud Ələkbərov, 7), “Sumqayıt-2” – MOİK 0:3 (İsa Zeynallı, 20-pen, Rafael Qavami, 38, Samir İbrahimov, 77-öz qapısına).