Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.
Fanat.Az xəbər verir ki, bunu veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib:
"Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, aarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".
Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub.