"Yalnız Riçard Almeydanın yox, bir neçə futbolçunun "Qarabağ"la olan müqavilələrinin müddəti mövsümün sonunda başa çatacaq".
Bunu Fanat.Az-a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi adı "Sumqayıt"la yanaşı çəkilən Azərbaycan millisinin braziliyalı üzvünə yeni anlaşma təklif edilmədiyini söyləyib:
"Düzü, Almeydaya yeni anlaşma təklif edilməyib. Onun komandada qalıb-qalmaycağını dəqiq deyə bilmərəm. Hər şey Azərbaycan Kubokunun finalından sonra bəlli olacaq".
Nihat