"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 27-ci turunun oyununu - "Qəbələ" ilə ev matçını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında komandasının 0:1 hesablı yenilgisi barədə belə danışıb:
"Qəbələ"ni təbrik edirəm. Təəssüf ki, yenə də azarkeşləri sevindirə bilmədik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Biz isə bunu edə bilmədik. "Qəbələ"dən çox qol epizodu yaratsaq da, onlardan faydalanmağı bacarmadıq. Qalib gələ bilmədiyimizə görə üzgünəm".