Bu gün “ASK Arena”da AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb.
Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanan digər komanda olub.
Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.