17:09 16.05.2022 803

"Eksperiment etdik və fikrimcə, uğurlu alındı" - Rüstəm Əfsərli

"CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərlinin Fanat.Az-a müsahibəsi 

- Son turda cəmi 2 görüşü tamaşaçılara təqdim edə bildiniz. "Sabah" - "Sumqayıt" matçı telekanal, "Zirə" - "Neftçi" matçı isə "cbcsport.az" saytı vasitəsi ilə yayımlandı. Başa düşürük, bu, oyunların eyni vaxtda başlamasından qaynaqlanırdı. Paralel yayım təşkil edib oyunları "pəncərə" ilə göstərmək olmazdı? 
- Oyunları "pəncərə" ilə yayımlamaq fikri var idi, müzakirə etmişdik. Yekun rəy belə oldu ki, o tam effekt vermir. Çünki azarkeş qərarsız qalır, diqqət yayınır. Belə qərara gəldik ki, tamaşaçıya seçim imkanı verək. Oyunun birini televiziyadan, digərini saytımız vasitəsilə təqdim etdik. Saytdakı auditoriyamız çox yaxşıdır, avrokuboklarda belə yayımlarımız olub. Çox yaxşı effekt verir. Telefondan, planşetdən baxanların sayı çoxdur. Bu barədə müsbət reaksiyalar, mesajlar alırıq. Ona görə belə eksperiment etdik və fikrimcə, uğurlu alındı. Ürəyi istəyən kanaldan, bir başqası internetdən, hətta hər ikisindən baxa bilir. Oyun seçimimiz də özünü doğrultdu. "Sabah" - "Sumqayıt" çox uğurlu seçim oldu. Həm oyun maraqlı alındı, həm də avrokuboka vəsiqələrin taleyi Masazırda bəlli oldu.

- Premyer Liqanın son turunda hansı görüşləri yayımlayacaqsınız?
- Yenə iki matçı canlı yayımlayacağıq. "Qarabağ" - "Neftçi" görüşü bəlli məsələdir: həm prinsipial görüşdür, həm də oyundan sonra mükafatlandırma mərasimi olacaq. Bundan başqa, "Zirə" - "Şamaxı" qarşılaşmasını göstərəcəyik. Niyə "Qəbələ" - "Sabah" matçı qala-qala Zirədən yayım təşkil edəcəyik? Çünki hər şey "Zirə"nin öz əlindədir. Yəni qalib gəlsə, bürünc mükafata sahib çıxacaq. Belədə, Qəbələdəki oyundan sonra "Zirə" - "Şamaxı" matçının nəticəsini axtarmaq lazım gəlməyəcək.             

- Növbəti mövsümlə bağlı planlarınızı bilmək istərdik. 
- Hansı liqalar bizdədirsə, onları növbəti mövsümdə də yayımlayacağıq. Əlavə yarışlar ola bilər. Ancaq baxmaq lazımdır ki, yeni mövsümdə Azərbaycan çempionatında komanda sayı artırmı? Çünki Premyer Liqada komanda sayının artması yayımların sayının çoxalması deməkdir. Belədə, oyunların çoxu üst-üstə düşəcək. Bunları müzakirə etmək lazımdır. Hardasa, 10-15 günə mövsümün son iclasını keçirəcəyik və bunları planlaşdıracağıq. 

- Almaniya çempionatının yayım hüququnu almağı düşünmürsünüz? 
- Bilirsiniz, Bundesliqanın əksər oyunları Azərbaycan çempionatının görüşləri ilə üst-üstə düşür. Almanlar oyunları adətən şənbə və bazar günlərinə, həm də saat 18-ə, 19-a salır. Əksər hallarda, Azərbaycan Premyer Liqasının matçları da o vaxt başlayır. Yayımlaya bilmədiyin çempionatın yayım hüququ üçün pul xərcləmək isə məntiqli olmaz. Azərbaycan çempionatını qoyub xarici çempionatı göstərən deyilik ki... İspaniya və İtaliya klubları isə əsasən gecə oynayırlar. Belədə, biz həmin görüşləri rahat yayımlaya bilirik. Hərçənd bunu da götür-qoy edə bilərik. Bütün müzakirələrə açığıq. Qəti şəkildə demirik ki, göstərməyəcəyik. Analiz etmək, diqqətli olmaq lazımdır.  

- Yeni layihələriniz olacaqmı?
- Sözsüz, yeni layihələr düşünmüşük. Azərbaycan çempionatı ilə bağlı bir neçə layihə fikirləşirik. Azərbaycan və dünya idmanı ilə bağlı da yeniliklər olacaq. İstəyirik yeni mövsümdən Azərbaycan idmanında daha fəal iştirak edək. Çox istəyirik ki, digər idman növlərini, fərdi və komanda yarışlarını işıqlandıraq. Bu baxımdan federasiyalarla iş gedir. Bildiyiniz kimi, əksər federasiyalarda rəhbər dəyişiklikləri olub. Yeni idarəçilərlə əlaqələrimiz var. Çoxlu müraciətlər var, biz də hər birinə etimad göstəririk. Efir vaxtımız, yayım qrafikimiz imkan verdikcə, Azərbaycan idmanını daha geniş işıqlandırmağa çalışacağıq. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X