Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanan "Zirə" Konfrans Liqasında uğurlu mübarizə üçün transfer çalışmalarına start verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qartallar" Gürcüstan millisinin yarımmüdafiəçisi Caba Ciqauri ilə maraqlanır.
Artıq meneceri Batumi "Dinamo"sunun futbolçusunu bu barədə məlumatlandırılıb. Ciqauri özü "Zirə"yə keçməyin əleyhinə deyil. Qəsəbə təmsilçisi Azərbaycan Kubokunun final oyunundan sonra qarşı tərəfə rəsmi təklif göndərməyi planlaşdırır.
Emin