2022/2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində heyətini "Şamaxı"nın sabiq braziliyalı futbolçusu Felipe Santosla güncləndirib.
2021/2022-ci illər mövsümündə onu "Keşlə" (indiki "Şamaxı") klubunda çalışdıran sabiq baş məşqçi Sənan Qurbanov 25 yaşlı vingerin "Qəbələ"yə faydalı olub-olmayacağı ilə bağlı saytımıza açıqlama verib.
"Yaxşı futbolçudur. İnanıram ki, onun "Qəbələ"yə faydası dəyəcək. İstedadlı və öz üzərində çalışan futbolçudur. Hər zaman inkişaf etməyi sevən oyunçudur. Bildiyim qədər ölkəmizi çox sevir. Çempionatımıza da bələddir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, "Qəbələ" klubu zaman itirmədən bu transferdən xeyir götürəcək", - deyə 41 yaşlı mütəxəssis bildirib.
Emin Şəmsiyev