17:58 28.06.2022 676

AFFA-nın limit qərarı klubların planlarına necə təsir edib? - Mütəxəssis rəyi

Növbəti mövsümdən yaşı 21-ə qədər olan yerli futbolçular çempionatda son illərdəki limit güzəştindən yararlana bilməyəcəklər. AFFA İcraiyyə Komitəsinin mayın 31-də baş tutan iclasında bu haqda qərar verilib və limit 7+4 şəklində müəyyənləşib. Yəni 2022/2023 mövsümündə komandalar Premyer Liqa matçlarına 7 əcnəbi və 4 yerli oyunçu ilə çıxacaq. Artıq Azərbaycan pasportu daşıyanlar üçün yaş məhdudiyyəti aradan qaldırılıb. 

Bu qərar hazırda yeni mövsüm üçün heyət formalaşdıran klubların planlarına təsirsiz ötüşmür. 

Mövzu ilə bağlı Fanat.Az-a danışan menecerlər Erkin İbrahimov və Vaqif Heydərli hazırki durumu dəyərləndiriblər.  

Erkin İbrahimov: "Limitin ləğv olunması klubların heyət seçimində özünü göstərəcək. Hətta bu tendensiya özünü göstərməyə başlayıb. "Neftçi", "Sabah" kimi iddialılar öz gənc oyunçularını digər klublara göndərməkdədir. Premyer Liqanın güclü klubları 2-3 "qaymaq" oyunçunu özündə saxlayıb digərlərini ya icarəyə verəcək, ya da onlarla birdəfəlik vidalaşacaq. Əvvəlki mövsümlərdə məcburiyyətdən heyətdə 4-5 gənc saxlanılırdısa, indi 2, uzağı üç belə futbolçu kifayət edəcək. Onu da qeyd edim ki, bu hal həmin gənc oyunçuların özləri üçün daha əlverişlidir. Gedib "Turan Tovuz"da, "Kəpəz"də, "Şamaxı"da oynamaqla daha çox "artıracaqlar", nəinki "Qarabağ"da, "Neftçi"də... Şans gözləmək və yalnız məşqlə kifayətlənmək başqadır, müntəzəm oynamaq başqa... Bir ay məşq etmək bir oyunun effektini vermir. Ola bilsin, iddiasız klubda qalmaq istəməyib xaricə üz tutanlar da olsun. Elə mən də bu istiqamətdə çalışıram. Kuryoz görünsə də, gənclərə dəstək üçün qəbul olunan limitin ləğvi onların daha çox oynamasına, özünü göstərməsinə təkan verə bilər. Bu baxımdan qeyd etdiyim kimi, "Kəpəz", "Turan Tovuz" və "Şamaxı"nı onlar üçün uyğun görürəm. Deyək ki, tovuzluların gedib legioner gətirməsindənsə, Şakir Seyidovu, İdris İnqilablını "Sabah"dan icarəyə götürməsi daha sərfəlidir".

 Vaqif Heydərli: "21 yaşlıların gələcək taleyi klubların iddiasına bağlıdır. Elə götürək "Qəbələ"ni: limit olanda da heyətində 3-4 yaşı 21-dən az olan futbolçu meydana çıxırdı. Konkret, Nicat Mehbalıyev, Emin Səfərov, Rüfət Əhmədov mütəmadi olaraq əsas heyətdə oynayırdı. İndi də bu tip oyunçular şans qazanmağa davam edəcək. Amma avrokuboklara iddialı olan və bu vəzifənin öhdəsindən gəlmək üçün daha təcrübəli futbolçulara, həmçinin əcnəbilərə üstünlük verən klublarda həmin gənclər çətinliklə üzləşəcəklər. Belədə, maddi cəhətdən yüksək əməkhaqqı ödəmək imkanı olmayan klublar üçün şans yaranıb. Artıq görürük ki, onlar iddialı klublardan gənc oyunçuları icarəyə götürüb xidmətindən yararlanmağa üstünlük verirlər. Fikrimcə, bundan sonra təbii ələnmə prosesi gedəcək. Yəni güclü olan gənc futbolçu daha çox şans qazanacaq və iddialı klubların diqqətini cəlb edəcək".   
       
Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X