14:01 04.10.2022 563

\"Olimpiakos\" səfərbər olur, bəs \"Qarabağ\"? 

Oktyabr ayı avrokuboklarda çıxış edən əksər klublar kimi, "Qarabağ" üçün də sıx qrafiklə yadda qalacaq. Ayın ilk günündə Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi" ilə prinsipial matça çıxan Qurban Qurbanovun komandası oktyabrda daha 7 oyun keçirəcək: 

6 oktyabr - Olimpiakos (AL, səfər)
9 oktyabr - Qəbələ (MPL, səfər)
13 oktyabr - Olimpiakos (AL, ev)
16 oktyabr - Sumqayıt (MPL, ev)
20 oktyabr - Turan Tovuz (MPL, ev) 
27 oktyabr - Nant (AL, səfər)
30 oktyabr - Şamaxı (MPL, səfər)

Göründüyü kimi, Ağdam təmsilçisi ay ərzində 4 səfər, 3 ev oyununa çıxacaq. Ağır qrafikin komandanın çıxışına təsiri gözləniləndir. Adətən, belədə hansısa oyunun təxirə salınması qərara alınır. Söhbət yalnız "Qarabağ"a hansısa güzəştdən getmir. Uzağa getməyək, "köhlən atlar"ın qrupdakı rəqibi "Olimpiakos" da oktyabrın 6-sı və 13-ü baş tutacaq AL matçları arasındakı yerli çempionat oyununun təxirə salınması üçün Yunanıstan Futbol Federasiyasına müraciət etməyə çalışır. İndiki məqamda "Qarabağ" üçün də məhz "Olimpiakos"la oyunlarda qeydə alınacaq nəticələr həyati əhəmiyyət daşıyır. Qurban Qurbanovun komandası bu iki oyundan maksimum nəticə ilə ayrılsa, böyük ehtimalla qrupdan çıxacaq. Odur ki, "Qəbələ" ilə oyunun təxirə salınması, ən pis halda görüşün Bakıya salınması yerinə düşərdi. Çünki komanda səfərdən səfərə yollanmaq məcburiyyətindədir. "Qarabağ" ayın 7-də səhər saatlarında Yunanıstandan Bakıya qayıdıb həmin gün bərpa olunmağa zaman ayıracaq. Belədə "Qəbələ" ilə oyuna qədər "köhlən atlar"ın ixtiyarında cəmi 1 gün qalacaq. 

İnandırıcı deyil ki, "Qarabağ" oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etməsin. Fanat.Az bunu dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəylə əlaqə saxlayıb. Klub rəsmisi qrafikdən kənara çıxmayacaqlarını deyib: "Əvvəl belə bir fikir olub. Amma sonradan qərara alındı ki, "Qəbələ" ilə oyunumuzu təxirə salmayaq. Qrafik sıx olsa da, PFL-in təqviminə əməl edəcəyik".

Nə deyirik? Təki "Qarabağ"ın bu sınaqlardan, xüsusilə "Olimpiakos"la vacib görüşlərdən üzüağ çıxmağa gücü çatsın. O halda bizə də komandanı təbrik etmək qalacaq. Ümid edək ki, həyəcan təbilini çalmaqda yanılır, boşuna təşvişə düşürük. Əks halda, məsuliyyət klubun öz boynunda qalacaq. 

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X