22:00 08.12.2023 754

Azərbaycanın ən güclü boksçuları bəlli oldu

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri, Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dövlət Gömrük Komitəsinin sədri, Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və digər federasiyaların rəsmiləri izləyiblər.

Görüşlərdən öncə bədii və rəsmi hissə keçirilib. Dövlət Himni səsləndikdən sonra finalçıların paradı olub.

Ardınca çıxış edən Sahil Babayev bildirib ki, bu gün Azərbaycan boksçuları üçün əlamətdar gündür. O, regionların ölkə çempionatına çox aktiv qoşulduğunu, 41 komandandan 14-ün bölgələri təmsil etdiyini deyib.

Federasiya prezidenti boksun ölkənin hər bir yerində, xüsusilə regionlarda yayılmasını ana hədəf kimi dəyərləndirib: “Bu il boksçularımız üçün yaddaqalan olub. 22 yaşadək boksçularımız və məktəblilərimiz Avropa çempionatlarında medal sayında rekord vurublar. Aynur Rzayeva dünya çempionatında medal qazanan ilk qadın boksçu kimi tarixə düşüb. Ümumilikdə, beynəlxalq yarışlardan 150-dən çox medal qazanılıb. Onun 14-ü dünya və Avropa çempionatlarında əldə edilib”.

Maddi-texniki bazanın da gücləndirildiyini deyən Sahil Babayev Sumqayıtda Boks Mərkəzinin istifadəyə verildiyini xatırladıb və tezliklə Lənkəranda Regionlar Boks Mərkəzində təmir işlərinin yekunlaşacağı deyib. O, il ərzində məşqçilər üçün seminarlar təşkil edildiyini və hakimlərin beynəlxalq ulduzlarını artırdıqlarını bildirib. Babayev əsas hədəfin isə Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayıb: “İlk yarışda 2 lisenziya əldə etmişik. Daha 2 təsnifat turnirində vəsiqələrin sayının artacağına inanırıq”.

Fərid Qayıbov boksda kifayət qədər uğurların olduğunu deyib. O, Azərbaycan çempionatında iştirakçı sayında rekordun qeydə alınmasını nailiyyət adlandırıb: “Ən böyük uğurumuz isə Olimpiya Oyunlarına qazandığımız lisenziyalardır. İnanıram ki, bu say artacaq və növbəti ildə boksçularımızın uğurlarını izləyəcəyik. Bunun üçün dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyi var”.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. Rəsmi qonaqlar 63,5 kq və 67 kq çəki dərəcəsində ilk 3 yerin sahiblərini mükafatlandırıblar.

Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı
Finallar

48 kq
Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3

51 kq
Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

54 kq
Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

57 kq
Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2

60 kq
Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0

63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5

67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2

71 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kq
Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

80 kq
Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

86 kq
Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1

+92 kq
Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib

Bütün mükafatçılar

48 kq
1. Həsən Məlikov (“Neftçi” İK)
2. Tural Sarıyev (“Neftçi” İK)
3. Yusif Soltanov (“Qara papaq” İK)
3. Qardaşxan Həsənov (Ağcabədi)

51 kq
1. Məsud Yusifzadə (BFL)
2. Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK)
3. Yadigar Əliyev (“Səbail” İK)
3. Əli Fətullayev (Şamaxı-Uğur K)

54 kq
1. Amin Məmmədzadə (“Qızıl əlcək” İK)
2. Ruslan Qədirov (MİK)
3. Mirzağa Hüseynli (“Cənub” İK)
3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)

57 kq
1. Şamil Əsgərov (“Neftçi” İK)
2. Ümid Rüstəmov (DİN İC)
3. Kamil Babayev (METE)
3. Emil Quliyev (UGM-13)

60 kq
1. Maqsud Xasmetov (“Neftçi” İK)
2. Elbrus Adıgözəlov (“Qəbələ” İK)
3. Aslan Quliyev (Z-1 İK)
3. Fərid Sadıqov (“Neftçi” İK)

63,5 kq
1. Tayfur Əliyev (MİK)
2. Malik Həsənov (“Neftçi” İK)
3. Heybətulla Hacıəliyev (BFL)
3. Ruslan Rüstəmov (BFL)

67 kq
1. Nəbi İsgəndərov (“Neftçi” İK)
2. Cavid Çələbiyev (“Qızıl əlcək” İK)
3. İlqar Salahov (Qəbələ)
3. Pərviz Quliyev (Ağcabədi)

71 kq
1. Sərxan Əliyev (MİK)
2. Mirşərif Kazımzadə (“Neftçi” İK)
3. Elnur Abdullazadə (“Neftçi” İK)
3. Nicat Məmmədov (“Qızıl əlcək” İK)

75 kq
1. Kamran Şahsuvarlı (“Qəbələ” İK)
2. Rasim Çobanlı (MİK)
3. Elnur Süleymanov (“Neftçi” İK)
3. Novruzəli Quliyev (MİK)

80 kq
1. Fəqan Məmmədov (AzTU)
2. Sərxan Budaqov (“Qızıl əlcək” İK)
3. Devid Oloboye (Naxçıvan MR)
3. Cabbar İsmayılov (Sumqayıt)

86 kq
1. Seyid Seyidov (“Qızıl əlcək” İK)
2. Eldar Quliyev (“Neftçi” İK)
3. Vətən Hüseynli (DİN İC)
3. Tural Useynov (“Neftçi” İK)

92 kq
1. Rauf Rəhimov (“Neftçi” İK)
2. Tural Həsənov (“Qızıl əlcək” İK)
3. Rüfət Nəbiyev (DİN İC)
3. Mirxəyal Məmmədov (Gəncə)

+92 kq
1. Yohanes Nuriyev (MİK)
2. Pərviz Rəsulov (“Zərbə” BK)
3. İsmayıl Yaqubov (“Səbail” İK)
3. İsa Sulxayev (Zaqatala)
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X