
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan cüdo millisi Türkiyənin Ordu şəhərində təşkil olunan beynəlxalq turnirdə uğurlu nəticə göstərib.
Fanat.Az xəbər verir ki, yarışda dörd cüdoçu ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanmağı bacarıblar.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) keçirdikləri bütün görüşlərdə qalib gələrək turnirin qızıl medallarını əldə ediblər. Muhəmməd Səttarov (60 kq) isə yarışda bürünc medala sahib olub.
Məşqçi Orxan Səfərovun rəhbərliyi ilə mübarizə aparan milli komanda turniri 3 qızıl və 1 bürünc medalla tamamlayıb.