Azərbaycan millisi İrlandiyaya qarşı keçirəcəyi DÇ-2022-nin seçmə mərhələsinin oyunundan öncə itki ilə üzləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bəhlul Mustafazadə zədəli olduğu üçün yığmanın düşərgəsindən ayrılıb.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.