Honduras millisinin baş məşqçisi Hernan Qomes istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, mərkəzi Amerika ölkəsinin futbol federasiyası bu barədə açıqlama yayıb.
Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələ bilmədiyi üçün kolumbiyalı mütəxəssislə müqaviləyə xitam verilib. İndilik yeni baş məşqçisinin kim olacağı məlum deyil.
Qeyd edək ki, Hernan Qomes buna qədər üç ölkəni - Kolumbiyanı DÇ-98-ə, Ekvadoru DÇ-2002-yə və Panamanı DÇ-2018-ə aparmağı bacarıb.
Mirağa