
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, tədbir FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Təşkilatçı ölkələr olan ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.
Qruplarını ikinci sırada bitirən 16 komanda - Türkiyə, Slovakiya, Kosovo, Danimarka, Ukrayna, İrlandiya, Polşa, Bosniya və Herseqovina, İtaliya, Uels, Albaniya, Çexiya ilə yanaşı UEFA Millətlər Liqasından gələn Şimali İrlandiya, İsveç, Rumıniya və Şimali Makedoniya isə mundiala vəsiqə qazanamaq üçün pley-offda yarışacaqlar.
Pley-off mərhələsinin yarımfinalları martın 26-da, finalları isə bir həftə sonra baş tutacaq. Yarımfinal və finallar bir oyundan ibarət olacaq. I və II səbətlərdə yer alan yığmalar ilk görüşləri öz meydanlarında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.
Püşkatmadan öncə səbətlər aşağıdakı kimi bölünüb:
I səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna
II səbət: Polşa, Uels, Çexiya, Slovakiya
III səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo
IV səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.