
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Norbveç millisinə 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bütün Norveç vətəndaşları bu axşamdan zövq ala bilərlər. Azarkeşlər əsl dramatik mübarizə izlədilər. Hər iki komandanın qələbə qazanması mümkün idi. Amma biz taktiki planda savadlı oyun göstərdik. Bir neçə top itkimiz oldu ki, bu da bizə baha başa gələ bilərdi. Lakin ümumilikdə hər şey bizim xeyrimizə yekunlaşdı və bununla çox böyük qürur duymalıyıq".
Toğrul