
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olub.
Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda oyun Mayamidə baş tutub.
"Bürünc" uğrunda dueldə Fransa və İngiltərə milliləri üz-üzə gəliblər. Gərgin və maraqlı keçən matçda qapılara 10 qol vurulub. Rəqibini 6:4 hesabı ilə üstələyən ingilislər mündialın bürünc medallarına yiyələniblər.
Qeyd edək ki, final oyunu sabah baş tutacaq. Mundialın qalibi İspaniya və Argentina görüşündə müəyyənləşəcək.
DÇ-2026
3-cü yer uğrunda oyun
19 iyul
Fransa - İngiltərə 4:6
Qol: K. Mbappe, 48, 66, B. Barkola, 54. U.Dembele, 90+6. - D. Rays, 3, E.Konsa, 18, B. Saka, 37, 45+1, 87-pen. C.Bellinqem, 90+8.
Baş hakim: Xesus Valensuela (Venesuela).
Mayami (ABŞ). "Miami stadium".