İyulun 9-da Şərur Olimpiya İdman Kompleksində “Araz” Peşəkar Futbol Klubunun futbolçularla müqavilə bağlanması mərasimi keçirilib. Fanat.az xəbər verir ki, mərasimdə klubun icraçı direktoru Orxan Cabbarov muxtar respublikada futbola olan diqqət və qayğıdan danışıb, klubun yaradılmasının futbol azarkeşlərinin sevincinə səbəb olduğunu bildirib.
Sonra klubun baş məşqçisi Əsgər Abdullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Hazırlıqların proqram əsasında davam etdirildiyini bildirən baş məşqçi klubun heyətinin tamamilə azərbaycanlı futbolçulardan ibarət olduğunu bildirib: “Naxçıvanda idmana, eyni zamanda futbola olan münasibət ən yüksək səviyyədədi. Burada yaradılmış idman infrastrukturu imkan verir ki, məşqlərimiz lazımi səviyyədə keçsin”.
Tədbir gedişatında oyunçularla müqavilə imzalandıqdan sonra klubun icraçı direktoru Orxan Cabbarov 85 nömrəli rəmzi formanı baş məşqçiyə təqdim edib.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol