11:12 24.11.2014 854

Eurosport: "Tour d`Azərbaycan-2014" rəqəmlərin dili ilə

Avropanın nüfuzlu idman kanalı "Eurosport" Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azərbaycan-2014" beş günlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb. 


Xatırladaq ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi "Eurosport" kanalı vasitəsilə 30 dəqiqəlik icmal şəklində, sonuncu, Bakı mərhələsi isə canlı olaraq yayımlanıb və 28.6 milyondan çox tamaşaçı yarışa təkcə bu kanal vasitəsilə tamaşa edib. 830 000-dən çox tamaşaçı isə canlı olaraq yayımlanan sonuncu mərhələni izləyib. Ümumilikdə isə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında "Tour d`Azərbaycan-2014"lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.


Müqayisə üçün deyək ki, 2013-cü ildə "Eurosport" kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən "Tour de France" yarışına 51 milyon, "Giro d`İtalia"ya 32 milyon, "Vuelta"ya isə 30 milyon tamaşaçı baxıb.


Maraqlıdı ki, "Tour d`Azərbaycan-2014" toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir ki, keçirilən "Griterium du Dauphine" (14 milyon), "Paris-Nice" (12 milyon), "Paris- Roubaix" (7 milyon), "Milan-San Remo" (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.


Ümumilikdə "Eurosport" kanalına baxan 106.5 milyon tamaşaçı "Tour d`Azərbaycan-2014" veloyürüşü ilə bağlı bu kanalda gedən anonslar, yayımlar və süjetlər vasitəsilə yarışla bağlı məlumatlar alıb. Onu da qeyd edək ki, 14 aprel - 11 may tarixlərində "Eurosport" və "Eurosport-2" kanallarında yarışla bağlı 30 saniyəlik videorolik 500 dəfə nümayiş etdirilib.


Asiya və Okeaniya ölkələrində də "Tour d`Azərbaycan-2014" kifayət qədər maraqla qarşılanıb. 16 ölkənin yer aldığı bu siyahıda ilk yerdə Avstraliya durur. Honqkonq, İndoneziya, Cənubi Koreya, Malayziya, Tayland, Filippin və Monqolustanın da daxil olduğu bu ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.


"Eurosport" kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlük belədir:


1. Böyük Britaniya - 3 688 403

2. Rusiya - 2 818 894

3. Almaniya – 2 231 828

4. İtaliya - 2 194 301 


"Tour d`Azərbaycan-2014"lə bağlı videomateriallar dünyada çox məşhur olan  www.cycling.tv saytına da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.


"Tour d`Azərbaycan-2014" başa çatdıqdan sonra "Eurosport" kanalında yarışla bağlı 2 süjet də efirə verilib. 5 dəqiqəlik bu süjetlər 903 000 tamaşaçı toplayaraq baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.


Beləliklə, "Eurosport" kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azərbaycan-2014" veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir və konkret rəqəmlər də yarışa olan böyük marağın təzahürüdür.


Təbiidir ki, bütün bunlar ilk növbədə artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilmiş, iqtisadiyyatı sürətlə inkişaf edən, siyasi sabitlik və tolerantlıq nümunəsi kimi qəbul olunan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurların, tarixdə ilk Avropa oyunlarını keçirmək kimi möhtəşəm və məsuliyyətli işi öz üzərinə götürmüş ölkəmizə olan marağın göstəricisidir.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

21:03

AL: "Qarabağ" Bolqarıstan klubunu qəbul edir - YENİLƏNİR

21:02

KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X