
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sumqayıt"la oyunun 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "Neftçi"nin futbolçusu Nikolas Kanales 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub.
"Xəzər Lənkəran"la oyunun 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Bakı"nın futbolçusu Qeyrət Əliyev üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.
“Qəbələ” - “Qarabağ” matçının 12-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotefxniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə edilib.
Fanat.az