
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatında XXXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Sumqayıt”la matçın 90+2-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Aleksandr Qross sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimə olunub.
"İnter" isə "Simurq"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az