
Bu gün 8-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, görkəmli idman xadimi, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, professor Ələkbər Məmmədovun 85 illik yubileyi münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə tədbiri keçiriləcək.
Fanat.az xəbər verir ki, AFFA-nın əməkdaşları, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri Ələkbər Məmmədovun məzarını ziyarət edəcək, sonra isə "Bayıl Arena"da yoldaşlıq oyunu təşkil olunacaq. “Neftçi”nin veteranlarından ibarət komanda ilə Azərbaycan milli yığma komandalarında çalışan məşqçilərdən və AFFA-nın əməkdaşlarından təşkil olunmuş komanda arasında keçiriləcək yoldaşlıq oyunu saaat 12:00-da başlayacaq.
Fanat.az