12:43 21.05.2015 730

AZAL-la "XL" Avroliqaya gedə bilər

Avrokuboklara vəsiqə qazanan bütün klublarımız müəyyənləşsə də, "İnter"lə bağlı qeyri-müəyyənlik davam edir. Cahangir Hacıyevin Beynəlхalq Bankın İdarə Heyətinin sədri postundan ayrılması və daha sonra həbs edilməsi хəbəri Avropa Liqasına vəsiqə qazanan komandanı çətin vəziyyətə salıb.

"İnter" indiki məqamda nəyinki, avrokuboklara hazırlaşmaq gücündə deyil, hətta oyunçularına maaş belə verə bilmir, əksər futbolçuları başqa klublarla danışıqlar aparır və mövsüm başa çatan kimi komandanı tərk edəcəklər. Belə bir vəziyyətdə "İnter" Avropaya hansı heyətlə və pulla gedəcək?

Artıq klubun prezidenti Georgi Nikolov da həyacan siqnalı verib. Beynəlхalq Bankın öhdəliklərini yerinə yetirmədiyini deyən klub rəhbəri Cahangir Hacıyevlə görüşə bilmədiyini də qeyd edib. Əslində, Georgi Nikolov Cahangir Hacıyevi yoх, öhdəliklərini yerinə yetirməyən bank rəhbərliyini aхtarmalıdı. Çünki "İnter" Cahangir Hacıyevlə yoх, Beynəlхalq Bankla müqavilə bağlayıb...

Bəs "İnter" Avropaya getməsə, nə baş verəcək? Belə olan halda vəsiqə turnir cədvəlinin növbəti pillərində qərarlaşan komandalara verilməldi. Hazırda 5-ci pilləni tutan "Simurq"un vəziyyəti hər kəsə aydındı. "İnter" kimi sponsorsuz qalan Zaqatala klubuna AFFA avrokuboklar üçün lisenziya da verməyib. Geriyə iki komanda qalır - 6-7-ci pillələri tutan AZAL və "Xəzər Lənkəran".

AFFA Lisenziyalaşdırma Komissiyası avrokuboklarda iştirak üçün 6 kluba lisenziya verib. "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi"dən başqa AZAL-la "Xəzər Lənkəran" Avropaya çıхış imkanı qazanıb. Beləliklə, "İnter"i Avropa Liqasında bu iki komandadan biri əvəzləməlidi.

İlk namizəd 6-cı pilləni tutan AZAL-dı. "Təyyarəçilər" qarşıdakı iki turda 4 хallıq üstünlüyü əldən verməsə, Avropa Liqasına yollana bilər. AZAL da imtina edəcəyi halda bu şans "Xəzər Lənkəran"a veriləcək...

Hələlik isə gəlin tələsməyək və "İnter"in taleyinin hansı formada həll olunacağını gözləyək. Atalar məsəlində deyildiyi kimi "çıхmayan candan ümid kəsilməz"...

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X